“Kasıb, yoxsul Ermənistanda bu qədər silah hardandır, onu kim silahlandırır?”
“27 sentyabr tarixindən bu günə qədər Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulub. Sadəcə olaraq, vətəndaşlarımızın diqqətinə bəzi rəqəmləri çatdırmaq istəyirəm”.
Bunu Prezident İlham Əliyev bu gün xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib ki, çatdıracağı siyahı natamamdır, düşmənin daha böyük həcmdə texnikası məhv edilib: “Əlbəttə ki, döyüş zamanı bunun dəqiq hesablanması mümkün deyil. Ancaq gətirəcəyim rəqəmlər əyani şəkildə göstərir ki, biz döyüş meydanında tam üstünlüyü əldə etmişik. Və demək olar ki, Ermənistanın hərbi texniki potensialını böyük dərəcədə sıradan çıxara bilmişik. Ancaq sual olunur, bu qədər silah, bu qədər texnika Ermənistanda hardandır? Ermənistanın hərbi büdcəsi bəlli, Ermənistanın dövlət büdcəsi də bəllidir. Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ÜDM-nin 60-70%-ni təşkil edir. Bu ölkənin sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır, bu da bank rezervləridir, yəni bu sərbəst vəsait deyil. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti aşağısı 2 milyard dollar səviyyəsindədir. Ancaq hələ də bunların texnikası qalıb. Hələ də həm işğal edilmiş torpaqlarda, eyni zamanda Ermənistan ərazisində... Sual olunur: kim onları silahlandırır?! Bəzi hallarda bizə qarşı iradlar irəli sürülür ki, biz silahlanırıq, biz silah alırıq və bu, vəziyyəti gərginləşdirə bilər, vəziyyəti məqbul olmayan məcraya istiqamətləndirə bilər. Ancaq sual olunur: bəs, Ermənistan silahlananda, bəs, bu kasıb, yoxsul ölkədə bu qədər silah, texnika hardandır? Bu gün də onlara qaçaq yollarla, qaçaqmalçılıq sxemləri əsasında silahlar, texnika göndərilir. Və çox təhlükəli, dağıdıcı böyük gücə malik olam texnikalardır. Ona görə bu suallara biz cavab istəyirik və əminəm ki, bu cavabı biz alacağıq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
-
7 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
10 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir











.jpg)














