Əhali abonentlərinin 8,27 %-i 10 qəpikdən satılan limiti keçib
“Azəriqaz” İstehsalat Birliyi 2020-ci ilin 9 ayının iqtisadi göstəricilərinə görə bəzi məqamları açıqlayıb.
Beləliklə, yanvar-sentyabr aylarında əhali abonentləri 2 milyon 303 min 513 təşkil edib. Qazlaşdırılmış yaşayış məntəqələrinin sayı 8, yeni yaşayış massivlərinin sayı isə 23-ə bərabər olub. Hal-hazırda qazlaşdırma işləri gedən yaşayış məntəqələrinin sayı 35, yaşayış massivlərinin sayı isə 20 təşkil edir. 9 ay ərzində yeni çəkilmiş müxtəlif diametrli qaz xətlərinin uzunluğu 1105,1 km-ə bərabər olub.
2019-cu ilin müvafiq dövründən 01.10.2020-ci il tarixinə kimi 87 613 abonent artımının qeydə alınmasına baxmayaraq, keçən ilin müvafiq dövrü ilə müqayisədə qaz itkilərinin azalma fərqi 0,7% olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub. Qeyd edək ki, “Yol xəritəsi”ndə “Azəriqaz” İB üçün itkilərlə bağlı hədəf 8 % müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək.
Oktyabr ayının birinə olan məlumata əsasən qeydiyyatda olan 2 milyon 303 min 513 əhali abonentinin cəmi 8,27 %-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarı ilə 190 498 abonent deməkdir. Yerdə qalan 2 milyon 113 min 015 abonent (ümumi əhali abonentlərinin 91,73 %) qazdan güzəştli limit daxilində istifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)









