Azərbaycanın bu il ən çox elektromobil idxal ediyi ölkələr məlum olub
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 7,697 mln. ABŞ dolları dəyərində 136 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal edilib.
Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılmış hesablamalara görə, ölkəyə elektromobillərin idxalında ən böyük paya Böyük Britaniya malik olub. Hesabat dövründə bu ölkədən Azərbaycana 6,786 mln. dollar dəyərində 100 elektromobil gətirilib. Bunlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Taksi Xidməti" MMC tərəfindən Böyük Britaniyanın “London EV”(LEVC) şirkətindən 100 ədəd "TX" aldığı taksilərdir.
İdxalda ikinci olan ABŞ Azərbaycana 308,88 min dollarlıq 14 ədəd, üçüncü ən böyük elektromobil idxalçısı olan Almaniya isə 454,51 min dollar dəyərində 6 ədəd elektrikli nəqliyyat vasitəsi göndərib. Bu ölkələrini ardınca gələn Çin Azərbaycana 79,24 min dollarlıq 10 ədəd sözügedən nəqliyyat vasitəsi tədarük edib. Yaponiya öz növbəsində, ölkəyə 26,5 min dollarlıq 4 ədəd elektromobil ixrac edib.
Bundan əlavə, bu növ nəqliyyat vasitələrinin Azərbaycana idxalında ən aşağı paya sahib olan Türkiyə və Koreyadan müvafiq olaraq 8,48 min dollar və 33,66 min dollar dəyərində bir ədəd (hər bir ölkədən) elektrikli nəqliyyat vasitəsi gətirilib.
APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























