8 min hektarda yaradılır, minlərlə iş yerləri açılacaq
Gəncədə müasir texnologiyalar əsasında qurulan aqrar-sənaye kompleksində işlər gələn il yekunlaşacaq.
Bu barədə Avstriyanın ölkəmizdəki səfiri Aksel Vexin Gəncəyə səfəri çərçivəsində şəhər icra hakimiyyətində gələcək əməkdaşlığın istiqamətləri ilə bağlı keçirilən müzakirələr zamanı məlumat verilib.
Yeni qurulan müəssisənin fəaliyyətində Avstriyanın bu sahədəki təcrübəsindən faydalanmağın zəruriliyini vurğulayan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd edib ki, aqrar-sənaye komplekslərinin yaradılması və fəaliyyətinin təşkili ilə bağlı dünyanın bu sahədə bir sıra qabaqcıl ölkələrinin təcrübəsi öyrənilib.
Ötən il aqrar mütəxəssislərin də təmsil olunduğu nümayəndə heyəti Belarusdakı təcrübə ilə tanışlıq üçün bu ölkəyə səfər ediblər. Həmçinin Belarus nümayəndə heyəti də Gəncə şəhərinə gələrək bu istiqamətdə qarşılıqlı fikir mübadiləsi aparıblar. Lakin, bir sıra ölkələrin aqrar-sənaye kompleksləri ilə yaxından tanışlıq zamanı məlum olub ki, bu cür müəssisələrin fəaliyyətində istifadə edilən bir çox texnika və avadanlıqlar Avstriya, yaxud Almaniya istehsalıdır. Ona görə də Gəncədə qurulan aqrar-sənaye kompleksinin fəaliyyətinin təşkilində Avstriyanın təcrübəsindən istifadə olunması və bu ölkənin texnika və texnologiyalarının tətbiqi nəzərdə tutulub.
Aqrar-sənaye kompleksindəki işlərin gedişatı haqqında məlumat verən Elmar Vəliyev bildirib ki, kompleksin qurulması üçün Gəncəətrafı rayonlardan alınmış 8 min hektar sahədə infrastrukturun yaradılması işləri həyata keçirilir. İlkin olaraq 5 min hektar ərazidə aqrar-sənaye kompleksi yaradılacaq.
Yeni kompleks əkinçilik, maldarlıq və digər istiqamətlərə bölünəcək. Əkin sahələrindən kompleksin yem ehtiyatlarının təminatı məqsədilə istifadə olunacaq. Burada 5 min başlıq iribuynuzlu ətlik və südlük istiqamətli heyvandarlıq təsərrüfatı, yem zavodu, süd və süd məhsulları, kərə yağı zavodu, ət kəsimi sahəsi, həmçinin digər tədarük məntəqələri, emal və istehsal müəssisələri fəaliyyət göstərəcək.
Kompleksin fəaliyyətə başlaması Gəncə və ətraf rayonlarda yaşayan minlərlə insanın yeni iş yerləri ilə təmin olunmasına da töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 d. əvvəl
-
-
8 d. əvvəl
Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi təyin edilib
-
15 d. əvvəl
Ziraat Bank Azərbaycan məktəblilər üçün maliyyə savadlılığı təlimi təşkil etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Sahibkar Vüsal Qurbanov "ilişdi" - “AUXs” adlı kondisionerlərin satışında cinayət tərkibi
-
2 saat əvvəl
Haqsız rəqabətə yol verilib - 6 təsərrüfat subyekti barəsində qərar qəbul edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Sahibkar Vüsal Qurbanov "ilişdi" - “AUXs” adlı kondisionerlərin satışında cinayət tərkibi
“Finex Kredit” yeni imtiyazlı səhmlər buraxmaq istəyir
5 bankda 9 aylıq xalis mənfəət 40 milyon manatdan çoxdur
Çörək şirkəti adını və təşkilati-hüquqi formasını dəyişib
iPhone 17 Çində satış rekordu qırdı
Azərbaycan neftinin son qiyməti
Naxçıvanda 8635 daşınmaz əmlak qeydiyyata alınıb
Bank 40-cı filialını Göyçayda açdı











.jpg)









.jpg)


