Bu ilin on ayı üzrə ölkədə elektrik enerjisi istehsalı azalıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2020-ci ilin on ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 1895,7 mln. kVt·st, ixracı 59,8 mln. kVt·st, idxalı 10,8 mln. kVt·st olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 24,7 mln. kVt·st, ixrac 14,5 mln. kVt·st, idxal isə 1,5 mln. kVt·st artıb.
Cari ilin yanvar-oktyabr aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 138,5 mln.kVt·st azalaraq 21301,3 mln. kVt·st olub. Hesabat dövründə ötən ilin 10 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 315,2 mln. kVt·st artaraq 20063,7 mln. kVt·st, SES-lərdə 455,0 mln. kVt·st azalaraq 946,4 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 1,2 mln. kVt·st artaraq 291,2 mln. kVt·st olub. Bu dövrdə Külək Elektrik Stansiyalarında 82,82 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 42,44 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 166,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Yanvar-oktyabr aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 18998,5 mln. kVt·ts (İES-lərdə 18214,3 mln. kVt·st, SES-lərdə 784,2 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 356,0 mln. kVt·st (İES-lərdə 175,3 mln. kVt·st, SES-lərdə 143,7 mln. kVt·st, Günəş ES-də 37,0 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 1946,8 mln. kVt·st təşkil edib.
Bu dövrdə elektrik enerjisinin ixracı 901,7 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 208,6 mln. kVt·st, idxalı isə 115,1 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 5,7 mln. kVt·st azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
41 d. əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Yerli kibertəhlükəsizlik startapı "Cypho"ya Avropada ciddi maraq var"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu
Türkiyə toyuq əti ixracını dayandırdı
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı






















