Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı azalıb
“2020-ci ilin 9 ayında manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşmışdır. Xarici mühitdə baş verən proseslərin neqativ təsirlərinə baxmayaraq hökumətin və Mərkəzi Bankın birgə həyata keçirdikləri qabaqlayıcı tədbirlər nəticəsində valyuta bazarında stabillik qorunmuşdur. Hesabat dövründə valyuta bazarında əməliyyatların həcminin azalması müşahidə edilmişdir ki, bu da pandemiya ilə əlaqədar olaraq xarici iqtisadi əməliyyatların zəifləməsi ilə bağlı olmuşdur”.
Marja xəbər verir ki, bu, Mərkəzi Bankın Pul Siyasəti icmalında bildirilir.
Qeyd edilib ki, dövr ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 4.1% azalaraq 18.7 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Nağdsız valyuta əməliyyatlarının 86.7%-i ABŞ dollarında, 13.3%-i isə digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 36.2%-i banklararası valyuta bazarında (BVB), 63.8%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilmişdir.
Dövr ərzində BVB-də əməliyyatların 99.3%-i ABŞ dollarında, 0.5%-i avroda, 0.2%-i isə digər valyutalarda aparılmışdır. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır.
BDVB-də valyuta əməliyyatlarının həcmi 11.2 mlrd. dollar ekvivalentində olmuşdur ki, bunun da 79.4%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 93.6%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşmüşdür.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 2.6% azalaraq hesabat dövründə 4.2 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 3.7 mlrd. dollarını və ya 88.1%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir. Son bir neçə ayda nağd xarici valyutanın xalis satışı (satışlardan alışlar çıxılmaqla) stabilləşmişdir.
Qeyd edək ki, 2019-cu ilin 9 ayda qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi 19.5 mlrd. ABŞ dollar ekvivalentində olmuşdur. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 81.8%-i ABŞ dollarında, 18.2%-i digər valyutalarda aparılmışdır. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi hesabat dövründə 4.1 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 3.2 mlrd. dollarını və ya 78%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
13 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 13 saat əvvəl
-
13 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"




















