IATA: Hava yolu şirkətlərinin iki illik zərəri 157 milyard dollara çata bilər
Beynəlxalq Hava Nəqliyyatı Birliyi (IATA), "Epidemiyada ikinci dalğa səbəbilə hava yolu şirkətləri bu il və gələn il cəmi 157 milyard dollar zərər edə bilərlər", məlumatını yayıb.
Beynəlxalq Hava Nəqliyyatı Birliyi (IATA), yeni növ koronavirus (Kovid-19) epidemiyasında ikinci dalğa səbəbilə hava yolu şirkətlərinin bu il və gələn il cəmi 157 milyard dollar zərər edə biləcəklərini açıqlayıb.
Marja xəbər verir ki, baş ofisi Kanadanın Montreal şəhərində olan IATA, qlobal hava nəqliyyatı sektorunun iqtisadi performansına və maliyyə vəziyyətinə dair hesabatını yayıb.
Hava nəqliyyatı xərclərinin, bu il 2019-cu illə müqayisədə 61,2% azalma ilə 340 milyard dollara geriləyəcəyinin təxmin edildiyi hesabatda, 2021-də bu xərcləmələrin 2020-ci illə müqayisədə 40,1% artaraq 476 milyard dollara yüksələcəyi nəzərdə tutulub.
Hesabatda, Kovid-19-un hava əlaqəsini və onun meydana gətirdiyi iqtisadi faydanı "baltaladığına" yer verilib, bu il hava yolu şirkətlərinin 118,5 milyard dollar zərər edə biləcəyi ifadə edilib.
Zərərin gələn il 38,7 milyard dollara geriləyəcəyi təxmin edilib. Beləliklə, bu il və gələn il cəmi 157 milyard zərər yarana biləcəyi qeyd edilib.
IATA İyun hesabatında iki illik zərəri 100 milyard dollar nəzərdə tutmuşdu.
IATA, keçən il 4,5 milyard olan hava yolu sərnişinlərinin sayının bu il 1,8 milyard sərnişinə düşməsini və gələn il qismən yığışaraq 2,8 milyard sərnişinə çatmasının gözlədiyi qeyd edib.
IATA-nın hesabatında, pandemiya ilə əlaqədar olaraq hava yolu şirkətlərinin sərnişin gəlirlərinin 2020-ci ildə keçən illə müqayisədə 69% düşərək 191 milyard dollara geriləyəcəyi qeyd edilib.
IATA, qlobal yük miqdarının 11,6% azalaraq 54,2 milyon tona geriləyəcəyinə baxmayaraq sərnişin azlığı səbəbilə təyyarələrin yerə endirilməsinin yük qiymətlərini yüksəltməsinə görə şirkətlərin yük gəlirlərinin bu il 15% artaraq 117,7 milyard dollara yüksəlməsini də nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 8 saat əvvəl
-
8 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
9 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
9 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 9 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
