İndoneziya sahibkarları Bakıya gələcək
İndoneziya Azərbaycan ilə ticarət əlaqələrini genişləndirmək niyyətini açıqlayıb.
Bu barədə İndoneziyanın Azərbaycandakı səfiri Mohammad Natsir, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşündə məlumat verib.
Konfederasiyadan verilən məlumata görə, səfir bildirib ki, hazırda 270 mln. əhalisi olan İndoneziya sahibkarları Azərbaycandakı iş adamları ilə əlaqələrini artırmaq, birgə investisiya layihələri həyata keçirmək istəyirlər. 2017-ci ilin ilk rübü üzrə statistikaya əsasən, İndoneziya iqtisadi inkişaf səviyyəsinə görə dünyada 3-cü ölkədir, “Böyük 20 lik”-də isə 16-cı yerdədir. Yaxın gələcəkdə isə ilk beşliyə düşməyi planlaşdırır. İqtisadi vəziyyətinə görə Cənub Şərqi Asiya ölkələri sırasına başçılıq edən İndoneziya son on ildə qızıl istehsalına görə dünya birincisidir: “Bizim iqtisadiyyatımız mədən sənayesində böyük uğurlar qazanıb. Dünya ölkələrinə mis, alüminium ixrac edirik”.
Səfirin sözlərinə görə, adalardan ibarət olan İndoneziya dəniz məhsullarının istehsalında da böyük uğurlar qazanıb.
M.Natsir qeyd edib ki, Bakıda olduğu bir il müddətində bir çox işgüzar görüşlər keçirib və azərbaycanlı iş adamları ilə iqtisadi əlaqələrin inkişafında Azərbaycan Sahibkarlar Konfederasiyasının böyük rolu vardır. Səfir sənaye sahəsində uğurlu əməkdaşlıq imkanlarının olduğunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, ölkəsi təyyarə, gəmi, “Toyota”nın müxtəlif hissələrinin istehsalında modern təcrübəyə malikdir.
Məlumat üçün bildirib ki, bu ilin mayında Azərbaycana 35 nəfərdən ibarət indoneziyalı iş adamlarının səfəri nəzərdə tutulur. Onlardan bir neçəsi ölkə iqtisadiyyatının inkişafında böyük rola malik olan dövlət şirkətləridir. Səfər çərçivəsində səfirlik Azərbaycan Sahibkarlar Konfederasiyası ilə görüşlərin təşkil edilməsini xahiş edib: “Azərbaycanlı sahibkarları da İndoneziyaya dəvət edirik. Perspektivləri öyrənmək, yaxın dostluq münasibətlərinə çevirmək əlaqələrimizin inkişafından da yan ötməyəcək”.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərildiyini diqqətə çatdırıb. M.Musayevin sözlərinə görə, İndoneziya ilə ticarət əlaqələrini genişləndirmək ölkələrimiz üçün faydalı olacaq: “İndoneziyada boksit olduğunu nəzərə alsaq Azərbaycandakı alüminium zavodu ilə birgə əməkdaşlığı qura bilərik”.
Görüşdə əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunub.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
-
12 d. əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
-
1 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
2 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Ən çox oxunanlar
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı























