Əmanətlərin tam sığortalanması müddəti 4 ay uzadılır - ARDINCA 100 MİN MANATADƏK ƏMANƏTLƏR...
Əmanətlərin sığortalanması üzrə kompensasiya məbləği 30 min manatdan 100 min manata qaldırılacaq.Əmanətlərin tam sığortalanması müddəti 2021-ci ilin 5 Aprel tarixinədək uzadılır.
Marja-nın əldə etdiyi məlumata görə, 2020-ci ilin 4 dekabr tarixindən 2021-ci ilin 5 aprel tarixinədək Azərbaycan banklarında yerləşdirilən əmanətlər tam sığortalanacaqdır.
Bu barədə qanun layihələri hazırlanıb. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə görə, 2021-ci ilin 5 aprel tarixindən sonra isə illik faiz dərəcəsinin yuxarı həddi tələbinə əsasən fiziki şəxslərin banklardakı 100 min manatadək əmanətləri sığortalanmış əmanətlər hesab olunacaqdır. Başqa sözlə, kompensasiya ödənişi məbləği 30 min manatdan 100 min manata qalxacaqdır.
Müddətin 5 aprelədək uzadılması lisenziyası ləğv edilmiş 4 bank üzrə kompensasiya ödənişinin bu tarixədək davam edəcəyi ilə bağlıdır.
Digər bir mühüm məsələ sahibkarların cari hesabları ilə bağlıdır. Belə ki, fərdi sahibkarların cari bank hesablarının 20 min manatədək olan hissəsinin də sığortalanması və sığorta hadisəsi baş verdikdə kompensasiya ödənilməsi təklif edilir.
Hazırda qüvvədə olan “Əmanətlərin sığortalanması haqqında” qanuna görə, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri qorunan əmanətlərə aid edilmir.
Milli Məclisin dekabrın 11-də keçiriləcək növbəti iclasında “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunacaq.
Qeyd edək ki, 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12%, xarici valyutada isə 2,5% müəyyən edilib.
02 mart 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi Fondun Himayəçilik Şurasının müəyyən etdiyi faiz dərəcəsi çərçivəsində olmaqla 4 il 9 ay müddətində tam sığortalanır və tam kompensassiya olunurdu. İndi bu vəziyyət 4 ay da davam edəcəkdir.
Sığortalanmış əmanət
Qorunan əmanət, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur. Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir.
Sığorta hadisəsi
İştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Mərkəzi Bank tərəfindən təsdiq edilməsidir.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 12 saat sonra
-
-
3 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 4 saat əvvəl
-
6 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
6 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb




























