Azərbaycanda inflyasiya açıqlandı
Azərbaycanda illik inflyasiya Noyabrda dəyişməz qalıb. Oktyabr ayında 2,8% təşkil atmiş qiymətlərin artımı Noyabr ayında da 2,8% artım olub.2020-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-noyabr aylarına nisbətən 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,0 faiz, qeyri-ərzaq məhsulları üzrə 1,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1,0 faiz artıb.
Cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 2,4 faiz artıb.
2020-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 3,9 faiz artıb.
Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, toyuq ətinin, pasterizə olunmamış üzlü südün, yoqurtun, xamanın, kəsmiyin, brınza pendirinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, üzümün, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, çuğundurun, göy lobyanın, soğanın, sarımsağın, şəkər tozunun, ucuzlaşma isə əsasən mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, şabalıdın, kələmin, balqabağın, yerkökünün qiymətlərində müşahidə olunmuşdur.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2020-ci ilin noyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 1,2 faiz artıb. 2020-ci ilin noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 1,1 faiz yüksəlib.
Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı xidmət növlərindən daha çox bahalaşma dişlərin müaliсəsi, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi, bərbərxana və kosmetoloji xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
20 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 6 saat əvvəl
-
20 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
22 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















