Avro, neft və qızıl ucuzlaşa bilər
EUR 1.22$-IN ALTINDA QALMAQDA DAVAM EDİR
Amerikada Kovid-19 peyvəndinin istehsalına dair rəsmi razılığın verilməsi xəbərlərinin yayılmasından sonra dolların digər aparıcı valyutalara nisbətən qiymətləri dəstək görməkdədir. Nəticədə, EUR-USD məzənnəsinin 1.22 həddini qırmaqda çətinlik çəkir.
1.2138 səviyyəsi altında möhkəmlənə bilərsə, EUR/USD cütlüyündə enişlər 1.2105 və 1.2060 hədlərinə qədər davam edə bilər.
FUNT YENİDƏN MÜQAVİMƏTİ QIRA BİLMƏDİ
Breksit ticarət sazişi danışıqlarında irəliləyişin olmaması, funtu təzyiq altında saxlamağa davam edir. Cari ticarət həftəsinin ilk günündə GBP/USD cütlüyü 1.34 müqavimət həddini test etdikdən sonra yenidən ucuzlaşıb. Təhlillərə əsasən 1.3290 səviyyəsi qırılarsa, növbəti dəstək hədləri kimi 1.3220 və 1.3133 səviyyələri çıxış edir.
DOLLARIN BAHALAŞMASI FONUNDA NEFT UCUZLAŞIR
Brent neftinin bir barel qiyməti 51$-a kimi dəyər qazandıqdan sonra korreksiyaya başlayıb və bunun səbəbi dollarda bahalaşma ehtimallarıdır. Qlobal iqtisadi inkişaf proqnozlarının da zəif qalması, neft qiymətlərinə qarşı təzyiqləri artırır. Əgər 49.60$ səviyyəsi qırılarsa, ucuzlaşma o 49.19$ və 48.48$ hədlərinə qədər davam edə bilər.
QIZILDA ENİŞ MEYLLƏRİ DAVAM EDİR
Qızılın Amerika sessiyasında dəstək görərək bahalaşdığının şahidi oluruq. Lakin qiymət 1844$-ın altında qaldıqca, yenidən ucuzlaşacağı proqnozlaşdırılır. 1820$ səviyyəsi aşağıya doğru qırılarsa, növbəti hədəfləri 1810$ və 1798$ ola bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
10 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)






.jpg)




