Əmək pensiyalarının sığorta hissəsinə əlavələr ləğv edilir

Əlilliyə görə əmək pensiyasının məbləğinin hesablanması qaydası dəyişir.
Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif edilir.
Hazırda əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Dəyişikliyə əsasən, nisbət dəyişir. Beləliklə, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulacaq və sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə deyil, 200-ə olan nisbəti şəklində müəyyənləşdiriləcək. Bu aşağıdakı hallarda tətbiq edilməyəcək:
- 2021-ci il yanvarın 1-dək təyin edilmiş əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarının yenidən hesablanmasına;
2021-ci il yanvarın 1-dək hüququ yaranmış şəxslərə 2021-ci il yanvarın 1-dən sonra əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə və yenidən hesablanmasına;
- 2021-ci il yanvarın 1-də əlilliyə və ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmiş şəxslərə bu tarixdən əvvəl əmək pensiyasının təyin edilməsinə.
Eyni zamanda qanunda əmək pensiyasının sığorta hissəsinə əlavələri nəzərdə tutan 19-cu maddə ləğv edilir. Ancaq bu qanun qüvvəyə minənədək hesablanmış əlavələrin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi davam etdirilir.
Qüvvədə olan qanuna görə, 2019-2020-ci illərdə bu qanunla müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanmalı idi. Dəyişikliyə əsasən müddətlər dəyişir. Beləliklə, 2019-2022-ci illərdə bu qanunla müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri müəyyənləşib. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Qanunda nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Milli Məclisdə qəbul olunacağı təqdirdə bu qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
8 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 18 saat əvvəl
-
22 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
