Azərbaycanla Türkiyə arasında tərcihli ticarət sazişinə quşçuluq məhsulları da daxil edilə bilər
Azərbaycanla Türkiyə arasında imzalanan preferensial (tərcihli) ticarət haqqında sazişə daxil olan məhsullar kateqoriyasına quşçuluq və yumurta məhsulları da daxil edilə bilər.
Azərbaycan Sahibkarlar Konfederasiyasından verilən məlumata görə, bu barədə Azərbaycan və Türkiyə arasında təcrübə mübadiləsinin aparılması məqsədilə “toyuqçuluq və yumurtaçılıq” mövzusunda təşkil olunan dəyirmi masada qeyd olunub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında imzalanan Fəaliyyət Planında hər iki ölkə arasında quş əti və yumurta ticarətinin genişləndirilməsi ilə bağlı maddə olduğu və bu maddənin icrası məqsədilə hesabata daxil ediləcəyi diqqətə çatdırıb.
Bildirilib ki, hazırda Türkiyədə illik 22 mlrd. yumurta istehsal olunur ki, bunun da üçdə biri ixrac edilir. İstehsalın 300 mln. toyuqdan əldə olunduğunu qeyd olunub. Türkiyədə istehsal olunan yumurtaların Rusiya və ətraf ölkələrə azərbaycanlı sahibkarlar vasitəsilə də ixrac olunduğu bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat sonra
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 11 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























