"Keçən il 3400-dən çox fermerə mikrokreditlər verilib"
Xəbər verdiyimiz kimi, yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.
Marja xəbər verir ki, Kənd təsərrüfatı naziri İnam Kərimov çıxış edərək deyib:
- Möhtərəm cənab Prezident, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyən etdiyiniz vəzifələrə uyğun olaraq bu il də tədbirlər davam etdirilib. Sizin rəhbərliyinizlə müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlar aqrar sektorun inkişafı üçün qarşımızda yeni vəzifələr qoyub, həmçinin yeni imkanlar yaradıb.
Kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikası 2020-ci ildə də davam edib və bu sahə üzrə 2 faiz artım, bitkiçilikdə 1 faiz və heyvandarlıq üzrə 2,9 faiz artım olub. Pandemiya dövründə aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulub və kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı təmin edilib. 2020-ci ildə 1 milyon hektardan artıq sahədə taxıl əkini həyata keçirilib və işğaldan azad edilən ərazilər hesabına növbəti illərdə bu sahənin əkin balansının təqribən 10 faiz artırılması nəzərdə tutulub. Ancaq ötən il havanın quraqlıq keçməsi taxılçılığa təsirsiz ötməyib, 100 hektardan çox sahədə çıxış alınmayıb. Buna baxmayaraq, taxıl üzrə məhsuldarlıq ölkə üzrə 31,2 sentner təşkil edib. Qeyd etmək istərdim ki, suvarma problemi yaşanmayan əksər regionlarda məhsuldarlıq xeyli yüksək olub və bir çox rayonlarda məhsuldarlıq 40 sentneri ötüb. Bir sıra özəl və pilot təsərrüfatlarda taxıl üzrə məhsuldarlıq hətta 60 sentnerə qədər çatıb. Digər bitkiçilik məhsulları istehsalında da artım dinamikası davam edib. İlkin rəqəmlərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çox tərəvəz, 4,2 faiz çox meyvə və giləmeyvə, 15 faiz çox tütün, 2,1 faiz çox kartof istehsal edilib. Həmçinin pambıq sahəsində yüksək nəticə əldə olunub. 100 min hektar pambıq sahəsindən bu il 335 min tondan çox məhsul istehsal edilib və pambıq üzrə orta məhsuldarlıq əvvəlki illə müqayisədə 4 sentner artıb, orta məhsuldarlıq 33,5 sentner təşkil edib. Həmçinin tütün üzrə məhsuldarlıq 2019-cu illə müqayisədə 19,3 sentnerdən 22,1 sentnerə, şəkər çuğunduru üzrə məhsuldarlıq 328 sentnerdən 481 sentnerə, çəltik üzrə məhsuldarlıq 29,9 sentnerdən 32,8 sentnerə yüksəlib.
Yüksək əlavə dəyər yaradan sahələrdən biri kimi, intensiv bağçılığın inkişafı da müsbət nəticələr verib. 2020-ci ildə intensiv və superintensiv bağlar ümumi bağların 14 faizini təşkil edib. Cənab Prezident, bu il Sizin tapşırığınıza uyğun olaraq, intensiv üsulla fındıq, zeytun, nar və sitrus bağlarının salınmasına görə birdəfəlik əlavə maliyyə dəstəyi göstəriləcək.
Heyvandarlıq sahəsində də müsbət dinamika saxlanılıb və ət istehsalında ilkin nəticələrə görə 3,1 faiz artım, süd istehsalında isə 1,7 faiz artım əldə olunub.
2020-ci ilin yanvar ayından fermerlərə subsidiyaların ödənilməsi yeni qaydalara əsasən həyata keçirilib və alternativsiz olaraq elektron kənd təsərrüfatı sistemi üzərindən aparılıb. Bu günədək elektron kənd təsərrüfatı sistemində 546 mindən çox fermer qeydiyyatdan keçib. Fermerlərin kənd təsərrüfatı texnikasına olan tələbatını ödəmək məqsədilə nazirliyin Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 100-dən artıq özəl şirkət vasitəsilə 3 min fermerə 7260 kənd təsərrüfatı texnikasının, həmçinin 8758 baş damazlıq heyvanın satışı maliyyələşdirilib. Keçən il 3400-dən çox fermerə mikrokreditlər verilib.
Fermerlərin təbii fəlakətdən və digər risklərdən qorunması üçün aqrar sığorta sistemi formalaşdırılıb. Ötən ilin noyabrından heyvandarlıq və bitkiçilik sahəsi üzrə sığorta məhsulu fermerlərə təqdim edilib. Su məsələləri komissiyasının koordinasiyası ilə fermerlərin suvarma suyuna olan tələbatını ödəmək məqsədilə tədbirlər davam etdirilib. “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə birlikdə mövcud suyun ədalətli və vaxtında bölüşdürülməsi üçün 57 rayon üzrə 674 mindən çox su qrafiki tərtib edilib və nazirlik tərəfindən dərc olunub. Hazırda payızlıq əkinlərin su tələbatının formalaşdırılması üzrə işlər davam etdirilir.
İşğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı verdiyiniz tapşırıqlara uyğun olaraq, işlərə artıq başlanılıb. Nazirlik “Azərkosmos” ASC ilə birlikdə azad olunmuş ərazilərdə faktiki əkinaltı torpaqların da çoxillik əkmələrin peyk təsvirləri əsasında xəritələşməsini aparıb. Hazırda həmin torpaqlarda əkinlərin aparılması, o cümlədən çoxillik əkmələrə aqrotexniki qulluq tədbirlərinin göstərilməsi məqsədilə ilkin işlərə başlanılıb.
Möhtərəm cənab Prezident, bu il Sizin aqrar sahədə həyata keçirdiyiniz islahatlardan bəhrələnərək nazirlik əsas diqqətini və fəaliyyətini yerlərdə fermerlərə məsləhət və informasiya xidmətinin gücləndirilməsinə, xidmətlərin daha əlçatan edilməsinə, innovativ üsulların tətbiqinə və əlbəttə, ən ümdə vəzifələrdən biri kimi işğaldan azad olunan ərazilərdə əkinlərin bərpasına yönəldəcək. Sizi əmin edirik ki, bu sahədə qarşıya qoyduğunuz vəzifələri layiqincə yerinə yetirmək üçün bütün səylərimizi göstərəcəyik.
Çox sağ olun.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
9 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
10 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
10 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 10 saat əvvəl
-
10 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
11 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı























