Pensiya üçün yeni şərtlər
“Azərbaycanda bütün peşə sahələri üzrə əmək pensiyasına görə staj müddəti məsələsi bir təklifdir. Bununla bağlı sadəcə müzakirələr aparılır. Ona görə də bu barədə hələ ki, dəqiq söz demək tezdir”.
"Bu layihələrdə əsas məqsəd əhalinin sosial cəhətdən nisbətən az qorunan hissəsinin sosial müdafiəsinin daha güclü təşkil edilməsidir”
Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, bu ideyanın məğzi heç də pensiya sisteminin qəlizləşdirilməsi demək deyil: "Əksinə, təkmilləşdirilməsi ola bilər və burada reallıqlara, dünya təcrübəsinə istinad edilib. Burda söhbət nədən gedə bilər? Məsələn, dövlət qulluğuna pensiya almaq üçün iş stajının 5 və ya 10 il artırılması o deməkdir ki, artıq pensiyaya çıxan məmurun məsuliyyəti daha çox artırılacaq. Məsuliyyəti artdıqca imtiyazı da artacaq. Bu, tək dövlət qulluğuna yox, bütün digər işləyənlərə də aiddir. İdeyanın fəlsəfəsi odur ki, artıq insanlar kütləvi şəkildə nə olur olsun pensiyaya çıxmağa tələsmək yox, daha çox pensiya əldə etmək və daha çox imtiyaz əldə etmək üçün şans əldə etmiş olacaqlar, bunun üçün daha çox məsuliyyətli olacaqlar. Yeni iş yerlərinin daha da çox açılması, əmək müqavilələrinin tam olaraq hər yerdə işlənməsi və sair bu kimi vətəndaşlar üçün önəmli nüanslar bu məsələdən sonra daha çox aktual olacaq. Bu təklif insanlarımızın mənafeyinə xidmət edir".
H. Rəcəbli bildirib ki, təkliflərdən biri də fərdi uçot məsələsi ilə bağlıdır: "Adamlar işləyəndə özlərinə pensiya ilə bağlı fərdi uçot da yaradacaqlar. Bu məsələdə paralel olaraq icra qurumlarının üzərində işlədiyi digər bir məsələ də var. Bu, əlillərlə bağlı layihədir. Bu kateqoriyadan olan vətəndaşlarımızın da pensiya alması ilə bağlı maraqlı məsələlər yer alıb. Hər iki layihə üzərində hələ ki icra strukturlarında məsləhətləşmələr aparılır, əlaqədar nazirliklərin rəylərini bildirəcək, ondan sonra parlamentə daxil olan zaman biz detallarını biləcəyik və açıqlanacaq. Amma bütün hallarda bunun mahiyyəti tam açıqlanmamış, süni şəkildə təşvişə düşməyə ehtiyac yoxdur.
Mənbə: APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)








.jpg)






