Avro bə funtun yenidən bahalaşacaqları ehtimal edilir
Amerikada siyasi risklər fonunda qeyri-müəyyənliyin artması və fundamental göstəricilərin mənfi açıqlanması, dollara olan tələbi artırmaqla, EUR/USD və GBP/USD məzənnələrində də korreksiyalara səbəb olmuşdur.
Konqresdə Nümayəndələr Palatasında prezident Donald Trampın istefasına dair qərarın qəbul olunmasından sonra Senatda da təsdiqlənməsi lazımdır. Bunun üçün senatın 75%-i impiçmentin leyihənə səs verməlidir. Respublikaçı Senat sədri isə səsvermənin gələn həftə Co Bayden səlahiyyətlərini təhvil aldıqdan sonra keçirilməsinin mümkün olduğunu açıqlayıb. Vitse-prezident Mayk Pens isə prezidentə qarşı istefa dalğasının ölkə üçün yaxşı olmadığını və bunda iştirak etməyəcəyini bildirib. Bütün bunlar iki cəbhə arasında mübarizəyə dair qeyri-müəyyənliyi yenidən artırır. Qeyd etmək lazımdır ki, bu, Trampa qarşı ikinci impiçment qərarıdır. Birinci dəfə Ukrayna işi ilə əlaqədar olaraq qərar ləğv edilmişdi.
Bununla yanaşı, Amerikanın əmək bazarında işsizlərin yenidən artması və inflyasiyanın azalması ilə bağlı fundamental göstəricilərin yayımlanması da investorların diqqət mərkəzindədir. İllik baza inflyasiyasında dəyişiklik olmasa da aylıq dinamika 0.1%-ə düşüb.
Lakin texniki təhlillər və eyni zamanda Amerikanın istiqraz bazarlarında 10 illik gəlirliliyin yenidən artması, dollar indeksinin yenidən düşəcəyini proqnozlaşdırmağa əsas verir. Avro 1.21, funt isə 1.36$-ın üzərində qaldıqca da yenidən bahalaşacaqları ehtimal edilir.
Əlvan metallar bazarlarında qızılın qiyməti də dollardaki tendensiyanın təsiri altında formalaşmaqdadır. Hazırda 1832$-ın üzərində Asiya sessiyasında dəstək görən bir unsiya üzrə qiymət 1860$-ı da qırarsa, bahalaşmanın sürətlənəcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























