Dünya birjalarında risk iştahı artıb
Dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib Çindən müsbət fundamental göstəricilərin açıqlanması, dünya birjalarında risk iştahının artmasına səbəb olmuşdur. Avropa və Amerikanın fond indeksləri ilə yanaşı, EUR/USD, GBP/USD və neftin qiymətində bahalaşma müşahidə edilir. Qızılın qiyməti də dolların təzyiq altında qalması fonunda dəyər qazanmaqdadır.
Bazarlara yanaşma hazırda həssas olsa da, müqavimət səviyyələrinin qırılması ilə ticarət aktivliyi də güclənəcəkdir. Dolların avro və funt kimi valyutaların təsiri altında ucuzlaşmasının səbəb isə Avropa (AMB) və İngiltərə (BoE) mərkəzi banklarının daha erkən faiz artımına gedə biləcəkləri ehtimallarıdır. Bu mənada AMB-nin cümə axşamı verəcəyi açıqlamalarına kimi investorların ticarət aktivliyi bu gün də məhdud qala bilər. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 14:00-da dərc ediləcək "ZEW" Avropa araşdırma mərkəzinin iqtisadi indikatoru da böyük maraqla gözlənilməkdədir, qiymətlərə təkan verə bilər.
İtaliyada yeni hökümətin qurulması prosesi və Avroqrupun toplantısı fonunda açıqlamalar da diqqət mərkəzində saxlanılmalıdır. İtaliyada Konte parlamentin aşağı palatasında etimad səsverməsində etimadı qazandıqdan sonra Senatdan da keçməli olacaqdır. Avropanın maliyyə nazirləri isə bazar ertəsi Avropanın dayanıqlılığın daha da möhkəmləndirilməsini, xüsusilə də Amerika ilə münasibətləri və avronun beynəlxalq valyuta kimi gücləndirilməsini müzakirə ediblər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
19 d. əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
19 d. əvvəl
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
-
35 d. əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
Azərbaycan neftinin son qiyməti
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
Ən çox oxunanlar
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB







.jpg)






.jpg)









