PAŞA Bank ilə ADA Universiteti arasında əməkdaşlıq davam edir

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank, ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüsləri, o cümlədən gənclərin peşəkar inkişafına yönəldilən tədbirləri dəstəkləməyə davam edir.
PAŞA Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, PAŞA Bank, 2021-ci ildə də Universitet tərəfindən karyera və təcrübə imkanları təklif edən tədbirlərin, yay düşərgəsinin, müxtəlif peşə və texniki yarışların təşkil edilməsinə öz töhfəsini verəcək. Ötən illərdə olduğu kimi, yüksək akademik göstəricilərə malik tələbələrə PAŞA Bank tərəfindən təqaüd ödənəcək.
Eyni zamanda, Bankın fərqli biznes sahələrində çalışan peşəkarların tələbələrlə görüşərək, bankçılıq və ümumilikdə maliyyə sahəsinə dair zəngin təcrübələrini bölüşməsi də planlaşdırılır. Tələbələr bu görüşlərdə ölkə iqtisadiyyatının inkişaf trendləri və biznes mühitinin dəyişməsi fonunda yaranan yeni imkanlar barədə müzakirələr apara biləcək.
PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun qeyd etdiyi kimi, istənilən qurumun və ya özəl şirkətin əsas strateji aktivi və təşkilati uğura aparan amili onun peşəkar kollektividir.
“Dünyada və regionda müşahidə olunan çağırışlarla dolu hazırkı dövrə sırf kadrların təcrübəsini davamlı şəkildə inkişaf etdirən, bu sahədə yetərincə sərmayə yatıran təşkilat uyğunlaşa biləcək və bununla da öz seqmentinin dayanıqlılığına töhfə verə biləcək. Bu mövqedən çıxış edərək biz, daima insan resurslarına, onların bilik və bacarıqlarının artırılmasına, peşəkar inkişafına böyük sərmayə yatırırıq. Azərbaycanın aparıcı korporativ bankı olaraq biz, həmçinin ölkənin müxtəlif ali təhsil ocaqları ilə memorandum bağlayaraq, gənclərin istedad və potensialını üzə çıxarmağa, bununla bazara və cəmiyyətə dəyər qatmağa çalışırıq. Rəqəmsal sahədə Azərbaycanın ən yaxşı işəgötürənlərindən biri hesab olunan PAŞA Bank, son illərdə yerli və beynəlxalq arenada əldə etdiyi nailiyyətləri, təcrübəni və ən müasir bilikləri ölkənin aparıcı ali təhsil ocaqlarından biri olan ADA Universitetinin gənc kadrları ilə paylaşmaq, onları gələcəkdə uğurlu karyera qurmağa təşviq etmək, bununla da iqtisadiyyatımızın dayanıqlı inkişafına öz töhfəsini vermək niyyətindədir. Bu dəyərlərə əsaslanaraq əməkdaşlıq etməyimizdən məmnunluq duyuruq”, - deyə T.Kazımov bildirib.
“ADA Universiteti ilə PAŞA Bank arasında əməkdaşlıq gənclərin peşəkar inkişafına fayda verməklə yanaşı, həm də ölkəmizin milli kadr potensialının gücləndirilməsini təşviq edir. Universitet tərəfindən həyata keçirilən təşəbbüsləri dəstəkləyən PAŞA Bank, tələbələrimizin akademik imkanlarının daha da gücləndirilməsini təbliğ edir”, - deyə ADA Universitetinin İcracı prorektoru Fariz İsmayılzadə bildirib.
Qeyd edək ki, PAŞA Bankın ADA Universiteti ilə əməkdaşlığı 2018-ci ildən başlayıb. Bankın dəstəyi ilə tələbələr üçün bir çox mühüm tədbirlər, Bankın İdarə Heyəti üzvləri ilə görüşlər, karyera yarmarkaları, o cümlədən hakatonlar və məlumat sessiyaları də təşkil olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 12 d. əvvəl
-
15 d. əvvəl
AccessBank Elm və Təhsil Nazirliyi ilə birgə Müəllimlər Gününü qeyd etdi
-
9 saat əvvəl
AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı
-
9 saat əvvəl
Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bakıda ilk dəfə – TATS avtomobil hərracı

HSBC, Brent nefti üzrə qiymət proqnozunu dəyişmədi

Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
Ən çox oxunanlar

Qazaxıstan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR
