"10 milyondan çox adamın işsizdir, dolanışıq çətinliyi çəkirlər, intiharlar artıb"
ABŞ Prezident Joe Biden, yeni növ koronavirus (Kovid-19) pandemiyası ilə əlaqədar olaraq iqtisadiyyatın hələ çətinlikdə olduğunu bildirib və iqtisadi xilasetmə paketinin böhrana gerçək bir cavab olacağını və bunun təmin edilməsi üçün sürətlə hərəkətə keçəcəyini söyləyib.
Marja xəbər verir ki, ABŞ-da açıqlanan yanvar ayına aid məşğulluq məlumatlarını xatırladan Biden, "İqtisadiyyatımızın hələ çətinlikdə olduğu çox açıqdır" deyib.
Biden, məşğulluğun yanvar ayında 49 min nəfər artdığına işarə edərək, 10 milyonu aşan adamın işsiz olduğunu bildirib.
Kovid-19 epidemiyasının ABŞ iqtisadiyyatına zərər verməyə davam etdiyini vurğulayan Biden, insanların dolanışıq çətinliyi çəkdiyini, intiharlar və ailə içi şiddətin artığını və bir çox insanın ümidini itirdiyini deyib.
Biden, Amerikan xalqının hökumətdən kömək istədiyini ifadə edərək, "Onları məyus etməmək üçün bunu etmək bizim işimizdir. Sürətlə hərəkətə keçəcəyəm" deyib.
Dəstək paketini Respublikaçıların dəstəyilə həyata keçirmək istədiyini xatırladan Biden, amma onların istəkli olmadığını vurğulayıb. Biden, "Birlikdə işi seçərəm amma acı çəkən amerikalılara dərhal kömək etmək ilə uzun müzakirələr arasında seçim etmək məcburiyyətində qalsam acı çəkən Amerikan xalqına kömək edərəm" ifadələrini istifadə edib.
Xilasetmə planının detallarına da toxunan Biden, peyvənd istehsalı və paylanmasına dair milli Kovid-19 strategiyasına 160 milyard dollarlıq vəsait nəzərdə tutulduğunu bildirib.
Biden, daha əvvəl vətəndaşlara ödənilən 600 dollarlıq nağd dəstəyin 2 min dollara tamamlanması üçün 1400 dollarlıq birbaşa nağd köməyin də planda yer aldığını ifadə edərək, "Məbləği azaltmayacağam. 1400 dollar olacaq. Amerikan xalqına vəd edilən bu idi" deyib.
Qida köməyi üçün də vəsait nəzərdə tutulduğuna işarə edən Biden, mart ayında başa çatacaq işsizlik sığortasının müddətinin də sentyabr sonuna qədər uzadılacağını bildirib. Biden, plan daxilində tibbi sığorta və kirayə dəstəyi, minimum əmək haqqının artırılması və məktəblərin etibarlı açılmasına istiqamətli dəstəklərin də olduğunu dilə gətirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)






