İldə 20-25 ton məhsul götürür, topdan 3 manata satır

Xaçmaz rayonunun Çarxı kəndində fəaliyyət göstərən müəssisədə il ərzində 20-25 ton yeməli göbələk növlərindən olan şampinyon yetişdirilir.
Müəssisədə istehsal olunan məhsul Xaçmazla yanaşı, Quba, Qusar və Sumqayıtda da satışa çıxarılır.
Sahibkar Ənvər Haqverdiyev bildirib ki, müəssisədə göbələyin yetişdirilməsi üçün ən vacib elementlərdən sayılan xüsusi qarışıq - kompost hazırlanır. Bu qarışığın hazırlanması üçün saman, üzvi və qeyri-üzvi gübrələrdən istifadə edilir. Kompostun hazırlanması prosesi 15-20 gün çəkir. Bundan sonra kompost selofan torbalara doldurulur və Rusiyadan gətirilmiş, göbələk sporları yayılan toxumlar qarışıqda basdırılır. Göbələyin yetişdirilməsi və hazır məhsulun toplanması xüsusi istehsalat otaqlarında həyata keçirilir. Son məhsul həmin sexlərdə toplanaraq satışa çıxarılır.
Ənvər Haqverdiyev qeyd edib ki, müəssisəni beş ildir qurublar. İlk illərdə gəlir əldə etmək mümkün olmasa da, indi müəssisə qazanc gətirir. Göbələk əkildikdən sonra bir ay ərzində 3 dəfə məhsul toplanılır. 300 kvadratmetr sahədən 5 tona yaxın göbələk yığılır. Hər il 4-5 dəfə göbələk yetişdirilməsini həyata keçirən sahibkar, ümumilikdə, 20-25 ton məhsul götürür.
Çarxı kəndindəki müəssisədə yetişdirlən göbələyin topdansatış qiyməti 3 manatdır. Qablaşdırılmış halda isə 500 qram məhsul 2 manata satılır.
Gələcəkdə müəssisədə yeni istehsalat otaqlarının yaradılması və məhsul istehsalının artırılması nəzərdə tutulub.
Qeyd edək ki, şampinyon göbələyinin 200-dən çox növü var. Onların yalnız bir neçə növü yeyilmir. Hazırda dünyada yetişdirilən ümumi göbələk istehsalının 60-75 faizi şampinyonun payına düşür. Bu göbələklərin əsas istehsalçısı və ixracatçısı ABŞ-dır. Şampinyon göbələyi vitamin və minerallarla zəngin olduğundan faydalı ərzaq məhsulu sayılır. Tərkibində B qrupu vitaminləri bol olan bu məhsul yaddaşın möhkəmlənməsinə müsbət təsir göstərir, insanın zehni fəaliyyətini aktivləşdirir.
Azərtac
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 21 saat əvvəl
-
21 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
23 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
