Ötən il qeyri neft-qaz məhsullarının ixracı 2 milyard dollardan az olub

2020-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 111 ölkəyə məhsul ixrac olunmuş, 174 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 24 milyard 201,1 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 13 milyard 470,4 milyon dollarını və ya 55,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 10 milyard 730,7 milyon dollarını (44,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 2 milyard 739,7 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2019-cu illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 26,8 faiz, real ifadədə 21,9 faiz, o cümlədən idxal 36,0 faiz, ixrac isə 12,0 faiz azalmışdır.
2020-ci ildə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 5,3 faiz, real ifadədə isə 16,0 faiz azalaraq 1 milyard 851,3 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 30,4 faizini İtaliyaya, 18,9 faizini Türkiyəyə, 5,2 faizini Rusiyaya, 3,8 faizini Yunanıstana, hər biri 3,4 faiz olmaqla Xorvatiya və Gürcüstana, 3,3 faizini Hindistana, 3,2 faizini İsrailə, 3,1 faizini Çinə, 2,6 faizini Ukraynaya, 2,4 faizini İspaniyaya, 2,3 faizini Tunisə, hər biri 1,7 faiz olmaqla Portuqaliya, Almaniya və Çexiyaya, 1,6 faizini İsveçrəyə, 11,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (37,3 faiz), Türkiyəyə (20,4 faiz), İsveçrəyə (12,1 faiz), Gürcüstana (6,9 faiz), Çinə (2,4 faiz), Ukraynaya (2,3 faiz), İtaliyaya (2,1 faiz), İrana (1,5 faiz), Qazaxıstana (1,4 faiz), ABŞ-a (1,3 faiz), Özbəkistana (1,1 faiz), Almaniyaya (1,0 faiz), Türkmənistana (1,0 faiz), Belarusa (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiya, 14,6 faizi Türkiyə, 13,2 faizi Çin, 5,9 faizi ABŞ, 5,4 faizi Almaniya, 4,2 faizi Fransa, 3,9 faizi Ukrayna, 3,7 faizi İtaliya, hər biri 2,8 faiz olmaqla İran və Birləşmiş Krallıq, 1,8 faizi Yaponiya, 1,7 faizi Koreya, 1,4 faizi Belarus, 20,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2020-ci ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən kartof ixracı 31,7 faiz, meyvə və tərəvəz şirələri – 20,1 faiz, bitki yağları – 1,7 dəfə, meyvə və tərəvəz konservləri – 3,8 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 16,4 faiz, pambıq lifi – 13,2 faiz, polietilen – 27,6 faiz, qara metallardan borular – 2,0 dəfə artmış, təzə meyvə ixracı isə 10,5 faiz, təzə tərəvəz – 1,2 faiz, şəkər – 2,3 faiz, tütün – 26,1 faiz, çay – 9,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 57,3 faiz, emal olunmamış alüminium – 18,1 faiz, pambıq ipliyi – 29,4 faiz, bentonit gili – 7,1 faiz, qara metallardan yarımfabrikatlar – 36,1 faiz azalmışdır.
2019-cu illə müqayisədə 2020-ci ildə təzə meyvə idxalı 11,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 19,8 faiz, mal əti – 10,9 faiz, təzə tərəvəz – 1,8 dəfə, minik avtomobilləri – 15,1 faiz, dərman vasitələri – 38,5 faiz, hesablama maşınları, blok və qurğuları – 23,1 faiz, qara metallardan çubuqlar – 36,6 faiz, mineral gübrələr – 4,5 faiz artmış, buğda idxalı isə 13,9 faiz, bitki yağları – 1,3 faiz, xam şəkər və şəkər – 14,5 faiz, çay – 0,8 faiz, kartof – 5,4 faiz, quş əti və onun əlavə məhsulları – 21,0 faiz, siqaretlər – 71,1 faiz, qara metallardan borular – 22,6 faiz, polad prokatı – 13,6 faiz, rezin şinlər – 17,7 faiz, yük avtomobilləri – 4,1 faiz, mebellər – 24,9 faiz, polietilen – 25,0 faiz, paltaryuyan maşınlar – 7,4 faiz, məişət kondisionerləri – 33,4 faiz, avtobuslar – 52,7 faiz, qara metallardan künclüklər – 14,5 faiz, məişət soyuducuları – 12,0 faiz, sement və sement klinkerləri – 32,6 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
54 d. əvvəl
"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda avtobuslarda təqaüdçülərə və tələbələrə güzəştli gediş haqqının tətbiqinə baxıla bilər
-
3 saat əvvəl
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir
Son Xəbərlər

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı

Amerikalı milyarder BYD-dəki bütün paylarını satıb

"AYNA-nın əlində daşıyıcıları tənbeh eləmək mexanizmi yoxdur, ancaq "brutto müqavilə" bu boşluğu dolduracaq"

Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb

AYNA: Avtobusları gecə saat 00:00-a qədər işləyə bilər
Ən çox oxunanlar

Bakıda avtobuslarda təqaüdçülərə və tələbələrə güzəştli gediş haqqının tətbiqinə baxıla bilər

“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir

"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"

“Sarı metal”ın qiyməti 3700 dolların üzərində möhkəmlənə bilsə, bahalaşma daha kəskin xarakter ala bilər"

Kapital Bazarı Assosiasiyasında yeni təyinatlar

Tarixdə ilk dəfə olaraq qızılın qiyməti 3750 dolları keçdi
