Türk Lirəsinə "Powell" şoku
Türk Lirəsi, qlobal bazarlardakı kəskin satışların və dolların bahalaşmasının təsirilə dollar qarşısında 1% dəyərdən düşüb.Dollar/TL məzənnəsi ABŞ Mərkəzi Bankının (Fed) sədri Jerome Powell-in (Cerom Pauel) istiqraz faizlərilə əlaqədar bazarların gözlədiyi mesajları verməməsilə əlaqədar olaraq sürətli artım qeyd edib.
Marja xəbər verir ki, Türk Lirəsi, qlobal bazarlardakı kəskin satışların və dolların bahalaşmasının təsirilə dollar qarşısında dəyərdən düşüb.
Dollar/TL məzənnəsi 1%-dən çox yüksələrək 7,58 səviyyəsinin üzərini test etib. Beləliklə, dollar/TL məzənnəsində 28 dekabrdan bu yana ən yüksək səviyyə görülüb.
Bloomberg dollar indeksində yüksəliş 0,7%-ə çatıb.
Fed sədrinin mesajları bazarı təmin etmədi
Fed sədri Jerome Powell-in, istiqraz faizləri və inflyasiyanın nəzarətdə saxlanılacağına dair bazarlara güclü mesajlar verə bilməməsinin ardından qlobal bazarlarda satışlar sürətlənib.
ABŞ Mərkəzi Bankının (Fed) sədri Jerome Powell (Cerom Pauel) etdiyi çıxışında, "Hədəflərimizə çatmaqdan hələ də çox uzaqdayıq" deyib.
Marja xəbər verir ki, pul siyasətində dəyişiklik üçün hədəflərə doğru gerçək bir irəliləyişin lazım olduğunu ifadə edən Jerome Powell, "Hədəflərimizə çatmaq sözümüzə güclü şəkildə bağlıyıq. Məşğulluqda artım gözləmək üçün güclü səbəblər var, ancaq 2021-ci ildə tam məşğulluğa nail olunması o qədər də mümkün deyil" şəklində danışıb.
"İqtisadiyyat yığışdıqca inflyasiyanın yüksəlməsini gözləyirəm" deyən Powell, "Fed, inflyasiya hədəfinə çatmaq üçün vasitələrini istifadə edəcək. İnflyasiyada bir artş görülməsi halında səbirli olacağıq. Faiz artırmağa başlamağımız bir qədər zaman tələb edir. Pul siyasətini sərtləşdirmədən əvvəl nəzər alınması lazım olan bir çox mövzu var" deyib.
Powell, istiqraz bazarındakı oynaqlığın diqqətini çəkdiyini ifadə edib və "Fed, qiymətli kağız alışlarını azaldaraq insanları çaşdırmaq istəmir. Bazarlardakı nizamsız şərtlər narahat olmaq üçün bir səbəbdir. Maliyyə şərtlərinin davamlı sərtləşməsindən narahat oluram. Qlobal aşağı inflyasiya mühiti yaxın zamanda dəyişməyəcək" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 3 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
"Azərkosmos"ın ixracı cüzi artıb
Ən çox oxunanlar
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı
Türkiyənin turizm gəlirləri 4,2% artıb







.jpg)









.jpg)







