Azərbaycanın pambıq zavodu Türkiyə avadanlıqları ilə yenilənəcək
“Azərpambıq ASK” MMC-də yenidənqurma işləri həyata keçirilir. Köhnə, sıradan çıxmış avadanlıqları Türkiyənin “Tekmen” şirkətinə məxsus, müasir standartlara cavab verən, yeni qurğular ilə əvəzlənəcəkdir.“Azərpambıq ASK” MMC-nin Saatlı rayonunda yerləşən Pambıq İstehsalı Emalı Zavodunda istehsal gücünün artırılması məqsədilə yenidənqurma işləri həyata keçirilir.
Azərbaycan Sənaye Korporasiyasından Marja-ya daxil olmuş məlumata görə, təmir-bərpa işləri çərçivəsində zavodun yararsız vəziyyətdə olan texniki bazası, köhnə, sıradan çıxmış avadanlıqları Türkiyənin “Tekmen” şirkətinə məxsus, müasir standartlara cavab verən, yeni qurğular ilə əvəzlənəcəkdir. Bununla da zavodun quruducu, təmizləyici, emal və mahlıc presləyici avadanlıqlarının yenilənməsi nəticəsində müəssisənin gündəlik emal gücünün 167 tona çatdırılması gözlənilir.
Zavodun tam gücü ilə işə düşməsi nəticəsində Cəmiyyətin Salyan, Sabirabad və İmişli rayonlarında yerləşən məntəqələrində də tədarük olunmuş xammal həmin müəssisəyə qəbul olunaraq, emal olunacaqdır.
Yenidənqurma işlərinin tam başa çatdırılma müddəti cari ilin may ayına planlaşdırılır.
Qeyd edək ki, 2021-ci ildə Saatlı rayonunda “Azərpambıq ASK” MMC ilə müqavilə əsasında 3 min 320 hektar sahədə pambıq əkilməsi planlaşdırılır ki, bu göstərici keçən il ilə müqayisədə 20 hektar çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























