AMB faiz qərarını açıqladı
Avropa Mərkəzi Bankı (AMB) Mart ayı iclasında gözlənildiyi kimi faiz dərəcələrində dəyişikliyə getmədi.
"Marja" xəbər verir ki, proqnozlara paralel olaraq AMB pul siyasəti faizini 0,00%, depozit faizini mənfi 0,50% və marjinal maliyyələşmə faizini də 0,25%-də saxlayıb.
Bank pandemiya istiqraz alış proqramını (PEPP - pandemic emergency purchase programme) 1,85 trilyon avroda saxlayıb. Bankın yaydığı məlumatdaheç olmasa 2022-ci ilin Mart ayına qədər proqramın davam edəcəyi vurğulanıb.
Açıqlamada, "Gələn rübdə PEPP çərçivəsində istiqraz alışlarının ilin ilk ayrı ilə müqayisədə ciddi şəkildə daha yüksək sürətlə reallaşmasını gözləyirik" ifadələri yer alıb.
Qərardan sonra Avro/Dollar məzənnəində ciddi dəyişiklik olmayıb. Bakı vaxtı ilə saat 17:00-da Avro/Dollar məzənnəsi 0,20% artımla 1.1950 səviyyələrində olub.
Bakı vaxtı ilə saat 17:30-da AMB-in sədri Kristin Laqardın (Christine Lagarde) mətbuat konfransı başlayacaqdır. Onun verəcəyi açıqlamalar bazarların istiqaməti üzrəində həlledici ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
8 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"


















