"Booking.com" Dağlıq Qarabağdakı hotellərlə əməkdaşlıq edir
XİN: Məsələ ilə əlaqədar dəfələrlə "Booking.com" servisinə müraciətlər edilib
"Booking.com" (hotellərin onlayn bronlaşdırılması servisi - red.) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində fəaliyyət göstərən hotellərlə əməkdaşlıq edir.
Araşdırma nəticəsində məlum olub ki, adıçəkilən onlayn servis vasitəsilə Dağlıq Qarabağ ərazisindəki hotellərə sifariş etmək mümkündür. Belə ki, servisin axtarış bölməsinə "Stepanakert" sözünü daxil etdikdə "Khankendi (Stepanakert), Armenia" nəticəsi çıxır.
Giriş-çıxış tarixlərini (araşdırma zamanı 9-10 may tarixlərindən istifadə olunub - red.) qeyd etdikdə isə işğal olunmuş ərazilərdə fəaliyyət göstərən hotellərin mütləq əksəriyyətinin xidmətləri və qiymətləri barədə məlumat almaq mümkündür. Hotellərin hamısı işğalçı Ermənistanın bayrağı altında fəaliyyət göstərir. Üstəlik, hotellərin xidmətləri və qiymətləri barədə ətraflı məlumat göstərilib. Maraqlısı budur ki, servisin "choose your currency" (öz valyutanı seç) bölməsində "manat" qeyd etdikdə, hotellərin xidmətlərinin qiymətləri Azərbaycanın milli valyutası ilə hesablanır. Beləliklə, "Booking.com" servisinin köməyi ilə öyrəndik ki, Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən hotellərdə 1 gecə qalmaq (yemək daxil) 36-62 manat arasında dəyişir.
"Khachik's B&B", "Andranik B&B", "Vazken's Guest House" adlı əndirəbadi adlara malik hotellərdə nömrə bronlaşdırmaq bir sıra kredit kartları ilə də mümkündür.
Azərbaycan Turizm Peşəkarları Assosiasiyasının rəhbəri Ruslan Quliyev açıqlamasında bildirib ki, "Booking.com" servisinə bununla bağlı rəsmi səviyyədə kəskin etiraz olunmalıdır. "Bu cür hallar bəzən məlumatsızlıqdan, bəzən isə erməni havadarlarının fəaliyyətinə dəstək məqsədilə baş verir. "Booking.com" Hollandiyada qeydiyyatdan keçmiş şirkətdir. Bilirsiniz ki, vergidən yayındığı üçün bir sıra ölkələrdə, o cümlədən Türkiyədə şirkətin fəaliyyəti qadağan olunub. Bu şirkət turizm şirkətlərinin fəaliyyətinə ciddi maneələr yaradır. Bildiyiniz kimi, şirkət real olmayan aşağı qiymətlər təklif edir. Halbuki, turizm şirkətləri bu yerləri hotellərdən yuxarı qiymətə alırlar. Şirkətin Azərbaycan büdcəsinə vergi ödəyib-ödəməməsi də bilinmir. O ki qaldı, işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən hotellərlə əməkdaşlığa, dövlətimiz buna ciddi reaksiya verməlidir. İnanıram ki, bu araşdırma dərc olunduqdan sonra, 24 saat ərzində məsələ həllini tapacaq. Xarici İşlər və Mədəniyyət və Turizm Nazirliyi bunu kəskin qınamalı və müvafiq addımı atmalıdır. "Booking.com" üzr istəməli və səhvini düzəltməlidir", - deyə R.Quliyev bildirib.
Assosiasiya rəhbəri əlavə edib ki, "Booking.com" servisinin Azərbaycanda nümayəndəliyi yoxdur: "Problem də elə bundadır. Şirkət Azərbaycandan pul qazanır, lakin vergi ödəmir".
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, məsələ ilə əlaqədar dəfələrlə "Booking.com" servisinə müraciətlər edilib: "Lakin təəssüflər olsun ki, onlar tərəfindən bu istiqamətdə lazımi tədbirlər görülmür. Bu kimi internet portallarında fərdi müraciətlərin geniş yayılmış bir proses olduğunu nəzərə alaraq, biz Azərbaycanın müvafiq turizm təşkilatlarının, vətəndaş cəmiyyəti təsisatlarının, medianın da Azərbaycanın etirazını özündə əks etdirən müraciətlərlə "Booking.com" servisinə müraciət etməsini tövsiyə edirik".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 14 d. əvvəl
-
-
25 d. əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 36 d. əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 17 saat əvvəl
-
17 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
18 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
-
18 saat əvvəl
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Bank Qarabağda ilk filialını açdı
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Ən çox oxunanlar
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Biznesiniz üçün QISA NÖMRƏ alın











.jpg)







.jpg)



