PAŞA Sığorta 2 tenderin qalibi olub
PAŞA Sığorta AR İpoteka və Kredit Zəmanət Fondunun eyni zamanda, Veysəloğlu Şirkətlər Qrupunun həyata keçirdiyi tenderin qalibi oldu!
Uzun illərdir ki, qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti eyni anda iki fərqli şirkət tenderinin qalibi seçilib. Belə ki, 26 ildir Azərbaycan iqtisadiyyatına töhfə verən Veysəloğlu Şirkətlər Qrupu öz əməkdaşlarının könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Tenderin nəticəsinə əsasən, bu öhdəlik PAŞA Sığorta şirkətinə həvalə edilib.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupunda 17 minə yaxın əməkdaş çalışır.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun inzibati binasının və avadanlıqlarının sığortalanması üzrə xidmətlərin satın alınması başa çatmış və Fondun Satınalmalar Komissiyasının qərarına əsasən, PAŞA Sığorta şirkəti kotirovka sorğusunun qalibi elan olunmuşdur. Yaxın günlərdə tərəflər arasında müqavilə imzalanması planlaşdırılır.
Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
- 38 d. əvvəl
-
- 45 d. əvvəl
- 47 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
"Bu il 71 min unsiyadan bir qədər çox qızıl hasil etməyi planlaşdırırıq "
-
2 saat əvvəl
"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ
-
2 saat əvvəl
Azərbaycan və Qətər Sərmayə Fondu birgə layihələri müzakirə edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı
-
4 saat əvvəl
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Nyu Yorkda görüş keçirilib
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Azərbaycan şirkəti Qazaxıstan şirkətilə birgə müəssisə yaradır - 2 milyon ton gücünə malik zavod tikiləcək

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ

“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri "PAŞA Bank" ilə strateji tərəfdaşlığı elan ediblər

SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı
Ən çox oxunanlar

"Ələtdə istifadəyə veriləcək yeni yük hava limanı Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək"

Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı

Sentyabrın 24-də gözlənilən hava şəraiti

2029-cu ilə qədər BƏƏ-nin tikinti sektorunun illik həcmi 130,8 milyard dollara çatacaq

Fond "Basalt Group"ın nizamnamə kapitalında iştirak edəcək, bazalt istehsalına investisiya qoyulacaq
