"Sonera Holding" "Turkcell"dəki payının bir hissəsini satdı
"Sonera Holding BV", "Turkcell İletişim Hizmetleri AŞ"dəkı 155 milyon ədəd payının satışını həyata keçirdiyini bildirib.
"Marja" xəbər verir ki, "Sonera Holding BV"in Türkiyədəki vəkili Ayşe Hergüner Bilgen tərəfindən İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) göndərilən açıqlamada, "Sonera Holding BV"nin "Turkcell İletişim Hizmetleri AŞ"dəkı (Turkcell) 155 milyon ədəd payının satış əməliyyatının bir səhm 11,45 TL qiymət ilə həyata keçirildiyi bildirilib.
Beləliklə, ümumi rəqəm 1 milyard 774 milyon TL olub.
Açıqlamada, həmin payların satışından sonra "Sonera Holding BV"-nin, "Turkcell İletişim Hizmetleri AŞ"dəkı birbaşa payının 7,04%-ə düşdüyü məlumatı verilib.
KEÇƏN HƏFTƏ BİLDİRMİŞDİ
"Telia Sonera", ötən həftə açıqlama verərək, "Turkcell"dəki səhmlərinin 6.8%-ini satacağını bildirmişdi.
Açıqlamada, "Turkcell-dəki səhmlərimizin bir qismini satmaq niyyətimiz, Skandinaviya, Şimali Avropa və Baltikyanı ölkələrdəki fəaliyyətlərimizə fokuslanma strategiyamız ilə uyğun bir qərardır. Telia, sözügedən satışdan sonra da, "Turkcell"in səhmdar olmağa və "Turkcell"i dəstəkləməyə davam edəcəkdir. "Turkcell"də, "Turkcell Holding A.Ş." vasitəsilə tutduğumuz dolayı səhmlərin satışı ilə bağlı bir niyyətimiz bu an üçün mövcud deyil" deyilmişdi.
Turkcell, əslində baş şirkət olan "Turkcell Holding" üzərindən idarə olunur. "Turkcell Holding" isə GSM operatoru olan "Turkcell"in 51%-ini əlində saxlayır. Bu səbəblə "Telia Sonera" və "Çukurova" kimi səhmdarlar əslində "Turkcell Holding"dəki dolayı payları ilə "Turkcell"i idarə edirlər.
"Telia Sonera"nın satdığı səhmlər "Turkcell"in investorlara açıq hissəsində olan pay ilə bağlıdır. "Turkcell"in 48.95 faiz hissəsi xalqa açıqdır və bu səhmlərin bir hissəsi də şirkəti idarə edən əsas tərəfdaşların əlindədir.
"TURKCELL"İN SƏHMDARLARI
Turkcell Holding A.Ş. 51,00%
Çukurova Holding A.Ş. 0,05%
Diğər (Xalqa açıq) 48,95%
"TURKCELL HOLDİNG"İN SƏHMDARLARI
Çukurova Telecom Holdings 52,91%
Telia Sonera Finland Oyj 47,09%
Yuxarıdakı nisbətlərindən də göründüyü kimi "Turkcell İletişim"ə "Turkcell Holding" nəzarət etsə də, "Turkcell Holding"i idarə edən əsas şirkət "Çukurova Telecom"dur. "Çukurova Telecom"da isə "Çukurova Holdinq" 51 faiz nəzarət hüququna malikdir. Rusiyalı ortaq "Alfa"nın payı isə 49 faizdir.
"ÇUKUROVA TELECOM HOLDİNGS"İN SƏHMDARLARI
"Çukurova Holding" 51%
"Alfa Telecom" 49%
Nəticə olaraq "Turkcell İletişim"ə "Turkcell Holding", "Turkcell Holding"ə isə "Çukurova Telecom Holdings" və "Telia Sonera Finland" nəzarət edir. Dolayı paylar nəticəsində əslində "Turkcell İletişim"də ən böyük dolayı pay "Telia Sonera"ya aiddir. Digər dolayı səhmdarlar isə 13.81 faiz payla "Çukurova Holding" və 13.22 faiz payla "Alfa Telecom"dur.
"TURKCELL"DƏ ŞİRKƏTLƏRİN DOLAYI PAY NİSBƏTLƏRİ
Telia Sonera Finland Oyj: 24.02 faiz
Çukurova Holdinq: 13.81 faiz
Alfa Telecom: 13.22 faiz
Xalqa Açıq (Digər): 48.95 faiz
"TELİA SONERA"NIN SƏHM SATIŞI "TURKCELL"İN SƏHMDAR QURULUŞUNU DƏYİŞMƏYƏCƏK
Uzun sözün qısası, "Telia Sonera" tərəfindən satılan səhmlər 24.02 faiz dolayı səhmləri deyil, 48.95 faiz nisbətindəki xalqa açıq hissə içərisində olan "Telia Sonera" mülkiyyətindəki səhmləri əhatə edir. Bu səbəblə edilən səhm satışı, əslində "Turkcell"in yekun səhmdar quruluşunu çox da dəyişməyəcəkdir. "Telia Sonera" yenə "Turkcell"də ən böyük səhmdar olmağa davam edəcək. Hətta qalan 7.2%-lik xalqa açıq səhm də əlavə olunduqda əslində "Telia Sonera"nın "Turkcell"dəki birbaşa və dolayı cəmi payı 31.22 faiz olacaq
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 6 saat sonra
-
- 8 d. əvvəl
- 18 d. əvvəl
-
25 d. əvvəl
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
- 34 d. əvvəl
- 40 d. əvvəl
-
57 d. əvvəl
Qlobal smartfon bazarının bu il təxminən 13 faiz kiçiləcəyi gözlənilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan şirkəti 118-ci mağazasını istifadəyə verib
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
Elektron Büdcə Bələdçisi portalı istifadəyə verilib
Azərbaycan neftinin son qiyməti
İctimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə güzəştlərin tətbiq olunması təklif edilir
Rəsmi məzənnələr açıqlandı
27 fevraldan 1 marta qədər - Endirimli qiymətlər faizsiz və komissiyasız 18 aya bölünəcək
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
eBay 800 əməkdaşını işdən azad edəcək



















