Ləğv olunan 4 bankın əmanətçilərinə 633 milyon manatdan çox kompensasiya ödənilib
2020-ci ilin iyunun 16-dan bu ilin aprelin 7-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 248,38 mln. manatdan çox kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan (ADIF) verilən məlumata görə, "AGBank" üzrə 4 727 əmanətçiyə 116,38 mln. manat, "NBCBank" üzrə isə 4 231 əmanətçiyə 131,99 mln. manat kompensasiya verilib.
Ötən ilin iyunun 1-dən bu ilin aprelin 7-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 384,63 mln. manatdan çox kompensasiya ödənilib.
Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 831 əmanətçiyə ödənilən məbləğ 140,41 mln. manat, "Atabank" üzrə isə 9 814 əmanətçiyə 244,22 mln. manat kompensasiya verilib.
Ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, aprelin 7-nə 24 603 əmanətçiyə bu məbləğin 633 mln. manatdan çoxu artıq ödənilib. Beləliklə, kompensasiya ödənişlərinin 93,6%-i təmin olunub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 20 d. əvvəl
-
-
1 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz





















