Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqini yüksəltdi
Moody’s Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb. Agentlik Bankın reytinq proqnozlarını yaxşılaşdıraraq Stabildən Pozitivə dəyişib.
Bankın kredit ödəmə qabiliyyəti reytinqi də bir pillə yüksələrək b3-dən b2-də qərarlaşıb.
Bankın uzunmüddətli depozit reytinqi isə B1 səviyyəsində saxlanıb. Bankın beynəlxalq reytinqləri ilə bağlı daha ətraflı məlumatları buradan əldə etmək olar.
Moody’s analitiklərinin Bankın reytinq proqnozlarını pozitiv qiymətləndirməsi Azərbaycanın ölkə reytinqinin gələcəyinə pozitiv baxışlardan irəli gəlir. Kredit ödəmə qabiliyyəti reytinqinin bir pillə irəliləməsində isə Bankın yüksək gəlirliliyi və kapital adekvatlığı səviyyəsi mühüm rol oynayıb. Bu, Agentlik ekspertlərinin şərhində də xüsusi vurğulanır. Qeyd edilir ki, pandemiya şəraitinin iqtisadiyyat üçün yaratdığı çətinliklərə baxmayaraq Bank yüksək gəlirliliyini və kapital mövqeyini qoruya bilib. Bankın kapital adekvatlığı əmsalı hazırda tənzimləyicinin müəyyən etdiyi normadan bir neçə dəfə çox - 33.3% səviyyəsindədir. Bu da gələcəkdə yarana biləcək hər hansı risklərin qarşısının alınmasına imkan yaradır.
Azərbaycan Beynəlxalq Bankının yerli və xarici valyutada qısamüddətli depozit reytinqinin B1 səviyyəsində olması da Bankın kredit qabiliyyətinin inkişafını əks etdirir. Moody’s Azərbaycan Beynəlxalq Bankının depozit reytinqinə hökumət dəstəyini də yüksək səviyyədə dəyərləndirir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 20 d. əvvəl
-
-
1 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























