Xalq Bankın reytinq üzrə proqnozu iki pillə yüksəldi
Moody’s Investors Service beynəlxalq reytinq agentliyi ASC “Xalq” Bankının fəaliyyətinin nəticələrini təhlil edərək Bankın reytinqlərini yeniləyib.
Agentlik Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B2 səviyyəsində təsdiqləyib və həmin reytinq üzrə proqnozu iki pillə yüksəldərək “pozitiv” olaraq qiymətləndirib.
Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B3 səviyyəsində, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqini (CR Assessments) B1(cr)/Not Prime səviyyəsində, qısamüddətli bank depozitləri, qısamüddətli kontragent riskinin reytinqi NP səviyyəsində təsdiqləyib.
Moody’s ekspertləri Xalq Bankın reytinq üzrə proqnozunu “Pozitiv“ olaraq qiymətləndirilməsini maliyyə qurumunun aktivlərinin yüksək keyfiyyəti, onun dayanıqlığı, risklərin qarşısını almaq qabiliyyəti və sistem əhəmiyyəti ilə əlaqələndirir.
ASC Xalq Bank Moody`s Investors Service beynəlxalq reytinq agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 20 d. əvvəl
-
-
1 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























