Bu il Gəncədə 1,3 min ədədə yaxın Belarus traktorunun yığılması planlaşdırılır
2021-ci ildə Gəncə Avtomobil Zavodunda 1,3 min ədədə yaxın Belarus traktorunun yığılması planlaşdırılır. Bu barədə jurnalistlərə Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov bildirib.
“BELTA” agentliyinin məlumatına görə, səfir Gəncə şəhərində Belarus texnikasının yığılmasını ixrac potensialının əsaslarından biri adlandırıb. 2007-ci ildən Gəncə Avtomobil Zavodunda 11,5 mindən çox Belarus traktoru, həmçinin 3,5 minə yaxın MAZ, "AMKODOR", "Belkommunaş" və "Qomselmaş" texnikası yığılıb. Diplomat vurğulayıb ki, hər iki ölkə sənaye kooperasiyasının inkişafında maraqlıdır.
“Bu il artıq 275 ədəd MTZ traktor komplekti alınıb, onların yığılması prosesi gedir. Mart ayında 450 traktor komplektinin tədarükü haqqında müqavilə bağlanıb. İndi 550 traktor komplektinin tədarükü haqqında müqavilənin imzalanması planlaşdırılır. Bu, ildə 1 275 traktor komplekti deməkdir. Prinsipcə, bu, pis məbləğ deyil”, - deyə Ravkov qeyd edib.
Onun sözlərinə görə, tərəflər, həmçinin digər Belarus texnikasının istehsal həcmlərinin bərpası ilə də məşğul olmaq niyyətindədir. Birgə yığılmış texnika ilə Türkiyə bazarına çıxmaq ideyası üzərində iş aparılır.
Belarus 2021-ci ildə Azərbaycandan neft alışını 25% artırmaq niyyətindədir
Belarus 2021-ci ildə Azərbaycandan 1 milyon ton neft almağı planlaşdırır ki, bu da 2020-ci illə müqayisədə 25% çoxdur.
“Bu il üçün bir milyon (Azərbaycandan neftin alınması - İF) planlaşdırılıb. Bu tədarüklər bərabər şəkildə gedir. Bu günə qədər 270 min ton tədarük edilib. 90 min tonluq tanker hazırda boşaltma məntəqəsinə hərəkət edir”, - deyə Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov bildirib.
“BELTA” agentliyinin məlumatına görə, səfir qeyd edib ki, 2020-ci ildə Azərbaycan Belarusa 800 min tona yaxın neft tədarük edib. “Ölkələr arasında bu sahədə əməkdaşlıq yalnız inkişaf edəcək”, – deyə o vurğulayıb.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
interfaks-Azərbaycan
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 5 d. əvvəl
- 24 d. əvvəl
- 34 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bank-dan sahibkarlar üçün 3 ay komissiyasız və limitsiz biznes ödənişləri
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı
Dərnəgüldən qatarla birbaşa rayonlara!
Çinin avtomobil ixracında güclü artım






.jpg)
.jpg)






.jpg)








