Kriptovalyuta birjasından rekord həmlə - 86 milyard dollar!
Coinbase ilk debütündə ənənəvi birjaları silkələyib.ABŞ-ın ən böyük kriptovalyuta birjası, Bitkoin, Ether və digər aparıcı kriptovalyutaların ən böyük ticarətçilərindən biri olan Coinbase Global Inc. bitkoinin yaradılmasından 12 il sonra ilk dəfə olaraq dünən səhmlərinin açıq satışı üçün Nasdaq birjasında birbaşa listinqə çıxıb.
Marja xəbər verir ki, indiyə qədər birbaşa listinq keçirməyərək, əsasən IPO-lara (Səhmlərin İlkin Kütləvi Yerləşdirilməsi) ev sahibliyi edən Nasdaq üçün də bir ilk olan prosesdə əvvəlcə bir səhm üçün 250 dollar qiymət təklifi nəzərdə tutulsa da, birjalar açılan kimi ilkin qiymət 381 dollar olaraq müəyyənləşib. Bununla da, Coinbase səhm bazarı investorları tərəfindən günün əvvəlində 76 milyard dollar həcmində qiymətləndirilib. Günorta saatlarında bir səhmin qiyməti 400 dolları keçərək, yeni rekordu – 100 milyard dollarlıq bazar dəyərini müəyyənləşdirib. Günün sonuna sabitləşən qiymətlərlə bazar dəyəri 86 milyard dollar ətrafında qərarlaşıb.
Prosesdə Coinbase-in əsas məsləhətçiləri Goldman Sachs, JPMorgan, Allen&Co və Citigroup kimi maliyyə nəhəngləri olub. Səhm bazarına daxil olan kimi öz sözünü deyən kriptovalyuta birjası əldə etdiyi bazar dəyəri ilə Nyu-York Birjasının ana şirkəti, 67 milyard dollar həcmində qiymətləndirilən ICE-ni (Intercontinental Exchange Inc.) üstələyib. Əgər Coinbase 100 milyard dollarlıq bazar dəyərini sabit saxlaya bilsə, daha bir rekord qıraraq ABŞ-ın ən dəyərli 85 şirkətindən biri olacaqdır. Listinq Coinbase-in həmtəsisçisi və baş direktoru Brayan Armstronqu açılış qiymətində 15,1 milyard dəyərində səhmlə multimilyarder olaraq rəsmiləşdirib.
2012-ci ildə kriptovalyuta mübadilə platforması kimi qurulan Coinbase artıq 2021-ci ilin martında kommersiya əməliyyatlarının həcminə görə ABŞ-ın ən iri kriptovalyuta birjasına çevrilib. 56 milyon pərakəndə müştərinin aktivlərini saxlayan və idarə edən, 2020-ci ilin sonuna gəlirləri 1 milyard dolları keçən Coinbase xüsusilə də iki əsas kriptovalyuta – Bitkoin və Etherin fantastik sürətlə bahalaşması sayəsində görünməmiş dəyər qazanıb. Hazırda Bitkoin 63 400 dollara, Ether isə tarixindəki rekord qiymətə - 2 400 dollara satılır.
Bitkoin dəstəkləyiciləri Coinbase-in birjalara çıxmasını dünya maliyyə sisteminə yeni texnologiyaların transferi kimi qiymətləndirsə də, ABŞ Mərkəzi Bankının (Fed) sədri Jay Pauell kriptovalyutaları “spekulyasiya alətləri” adlandıraraq, Bitkoin və Ether həvəskarlarının kefini pozub: “Heç kim onlardan real ödəniş vasitəsi kimi istifadə etmir, bunlar sadəcə qiyməti qaldırmaq üçün bir mərc alətidir. Təbiətinə görə bir qədər də qızıla bənzəyir. Bəşəriyyət min illər boyu qızıla əslində sənayedə bir metal kimi çata bilmədiyi xüsusi dəyəri verərək, onu qiymətə mindirib. Bitkoin də daha çox ona bənzəyir”.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
-
- 2 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
21 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Ən çox oxunanlar
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb






.jpg)






.jpg)



.jpg)








