Türk Lirəsi üçün mühüm gün - BU QƏRAR OLSA DAHA DA "ÖLƏ" BİLƏR
Bazar faizdə dəyişiklik gözləmirBu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı faiz qərarını açıqlayacaqdır.
Marja xəbər verir ki, bazarlar, Mart ayının sonunda gözlənilmədən TCMB sədrinin dəyişdirilməsinin ardından bütün diqqətini yeni sədrin ilk yığıncağına çevirib. Rəhbərlikdə baş vermiş dəyişikliyin ardından bazarlar ilk yığıncaqda hər hansı bir dəyişiklik gözləmir (faiz sabit saxlanılacaq). Amma Mərkəzi Bankın açıqlaması diqqətlə oxunacaqdır.
Keçirilmiş sorğuya görə, bu gün Türkiyə Mərkəzi Bankı pul siyasəti faizini 19% səviyyəsində dəyişməz saxlayacaq.
Xarici təşkilatlar da TCMB-nin bu yığıncaqda faizini sabit saxlayacağını təxmin edirlər.
Məsələn, Deutsche Banka görə, Türkiyə Mərkəzi Bankı faizini 19% səviyyəsində saxlayacaq. Banka görə, faizin gözləniləndən erkən aşağı salınması vəziyyətində bazarın reaksiyası mənfi olacaqdır və Türk Lirəsi kəskin uculaşa bilər.
Bakı vaxtı ilə 09:40-da Dollar/TL məənnəsi 8.08 səviyyələrində olub.
TCMB-nin qərar mətnində ediləcək dəyişikliklər də yaxından izləniləcəkdir.. Bankirlər də TCMB-nin gözləntilərin əksinə erkən bir faiz endiriminə getməsi halında TL-nin kəskin ucuzlaşacağını bildirirlər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yüksək faizlərə qarşıdır. Ehtimal olunur ki, Mərkəzi Bankın sədrinin dəyişdirilməsi faizlərin aşağı salınması planı ilə bağlıdır.
TCMB-nin yeni sədri Şahap Kavcıoğlu verdiyi açıqlamalarda böyük siyasət dəyişiklikləri ediləcəyinə dair narahatlıqları azaldıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
6 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 7 saat əvvəl
-
7 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"




















