Elon Mask Ayı fəth edəcək - bu dəfə 2,9 milyard dollara
SpaceX NASA-dan yeni sifariş alıb.
PayPal və Teslanın qurucusu, qalmaqallı milyarder Elon Maskın Amerikan aviakosmos istehsalçısı və kosmik nəqliyyat xidmətləri şirkəti SpaceX ABŞ astronavtlarını Yerin tək təbii peyki olan Ayın səthinə qaldırmaq üçün kosmik gəmi inşasına dair Amerika Milli Aeronavtika və Kosmos Qurumunun (NASA) keçirdiyi tenderin qalibi olub.
Marja xəbər verir ki, SpaceX digər məşhur milyarder, Amazon şefi Ceff Bezosun qurduğu Blue Origin kosmik araşdırma şirkətini üstələyərk, 2,9 milyard dollarlıq sövdələşməni qazanıb.
NASA ötən gün tenderin nəticələri barədə rəsmi açıqlama verərək, SpaceX-in növbəti podratçı olaraq təxminən 2024-cü ildə Aya səyahəti gerçəkləşdirəcəyini bildirib. Elon Maskın şirkəti əsas rəqibi Blue Origindən daha yaxşı qiymət təklifi verib. Tenderdə iştirak edən üçüncü şirkət - Dynetics-in nə qədər vəsait tələb etdiyi barədə məlumatlar açıqlanmasa da, bəzi mənbələr bu rəqəmin digər iki iddiaçıdan qat-qat yüksək olduğunu bildirir.
NASA kosmonavtları bununla 1972-ci ildən sonra Ay səthinə növbəti dəfə qalxmış olacaqlar. “Biz bu müqaviləni ona görə SpaceX-ə verdik ki, onun təqidm etdiyi büdcə növbəti illər üçün gerçək rəqəmləri əks etdirir” - NASA rəsmisi Mark Kirsiç bildirib.
SpaceX NASA ilə artıq buna qədər bir neçə uğurlu əməkdaşlıq ediblər. İlk dəfə 2008-ci ildə tərəflər arasında Beynəlxalq Kosmik Stansiyanın təchizatı ilə əlaqədar 1,6 milyard dollar məbləğində müqavilə imzalanıb. 2011-ci ildən SpaceX NASA-nın ekipajlı Commercial Crew Proqramına qoşularaq, yeni kosmik gəminin inşası üçün 75 milyon dollarlıq, 2012-ci ildə isə 440 milyon dollarlıq sifariş alır. 2014-cü ildə NASA SpaceX-lə amerikan astronavtlarının idarə olunan kosmik gəmi Dragon V2 vasitəsilə Beynəlxalq Kosmik Stansiyaya çatdırılması üçün 2,6 milyard dollarlıq yeni müqavilə imzalandığını elan etdi. 2019-cu ildə SpaceX idarə olunan kosmik gəmi Dragon 2-nin ekipajsız şəkildə Beynəlxalq Kosmik Stansiyaya sınaq uçuşunu uğurla başa çatdırdı. Həmin ildə SpaceX-in daşıyıcı raketi Falcon 9 Yerətrafı orbitə 60 kosmik peyk çıxarmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 12 saat sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
4 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
