Azərbaycanın Türkiyə və Rusiya ilə ticarət dövriyyəsi artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 1 milyard 118 milyon ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 51% çoxdur.
Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalarına görə, cari ilin I rübündə Azərbaycandan Türkiyəyə ixracın həcmi 739 milyon 386 min dollar təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. İdxalın həcmi isə 378 milyon 886 min dollara bərabər olub, bu göstərici illik müqayisədə 2,8% azalıb.
Nəticədə, 2021-ci ilin I rübündə 360,5 milyon dollarlıq müsbət saldo yaranıb. Halbuki ötən ilin analoji dövründə 39 milyon 198 min dollarlıq mənfi saldo yaranmışdı.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4 milyard 161 milyon dollar təşkil edib. Bu, 2019-cu illə müqayisədə 7,7% azdır.
Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaq niyyətindədir.
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 2% artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 585 milyon 216 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2% artıb.
Hesabat dövründə ixracın həcmi 135 milyon 331 min dollar təşkil edib ki, bu da illik müqayisədə 3,5% azdır. İdxal isə 449 milyon 885 min dollara bərabər olub ki, bu da illik müqayisədə 3,7% çoxdur.
Nəticədə, 2021-ci ilin I rübündə 314 milyon 554 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 7,2% artıb.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























