Müəllim, şagird və tələbələr üçün güzəştli layihə istifadəyə verildi

(®️) “Unibank”ın da yaxından dəstəyi ilə yalnız müəllim, şagird və tələbələr üçün çox sərfəli bir layihəyə start verilib.
Unibank KB , Inteqral QSC və Crocusoft MMC-nin birgə hazırladıqları “Virtual Təhsilə Dəstək” layihəsi çərçivəsində müəllim, şagird və tələbələr noutbuk, planşet və printerləri güzəştli nağd qiymətə və ya dəyərini çox sərfəli şərtlərlə 48 ayadək müddətdə hissə-hissə ödəməklə əldə edə bilərlər. “Unibank”ın Albalı Plus kredit kartı ilə ayda cəmi 20 AZN-dən başlayan ödənişlə noutbukları, 5 AZN-dən başlayaraq planşetləri, 3 AZN-dən başlayan ödənişlə isə printerləri əldə etmək mümkündür.
Yalnız müəllim, şagird və tələbələr üçün nəzərdə tutulan bu layihənin məqsədi, pandemiya şəraitində təhsilin fasiləsizliyini və davamlılığını təmin etmək üçün həyata keçirilən məsafədən tədris prosesinə hər kəsin qoşulması imkanını yaratmaqdır. Bəzi ailələrdə zəruri texnologiyaların olmaması səbəbindən, təhsilalanlar və təhsilverənlər məsafədən tədrisə qoşulmaqda çətinliklə üzləşirlər. Layihənin məqsədi ailələrə bu problemin həllində dəstək olmaqdır.
Bu layihədən faydalanmaq istəyənlər müraciətləri hardan və hansı formada etməyi bu videodan https://youtu.be/uJfwySarfG0 ətraflı öyrənə bilərlər.
Müraciətlə bağlı əlavə sual yaranarsa, [email protected] elektron poçt ünvanına yazaraq cavab almaq mümkündür. Layihənin müəllifi olan Crocusoft MMC rəqəmsal həllər sahəsində olan təcrübəsinə güvənərək, elektron cihazlar bazarının və ölkə bank sektorunun aparıcılarını bir araya gətirib.
Müştərilərin xəbərləri

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
- 26 d. əvvəl
-
- 37 d. əvvəl
- 1 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
-
17 saat əvvəl
Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Qızılın qiyməti ilk dəfə 4 000 dolları keçdi

Rəsmi məzənnələr açıqlandı

BOKT-da növbədənkənar yığıncaq keçiriləcək

AFB Bank 13% gəlirlilik təklif edən istiqrazlar təqdim edir

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
Ən çox oxunanlar

Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar

Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi

Bu gün "Ucuz Tesla” modeli təqdim olunacaq

Toyota yüz minlərlə avtomobili geri çağırır: Kamerasında texniki nasazlıq aşkarlanıb
