Azərbaycan və İndoneziya Anlaşma Memorandumu imzaladı
Azərbaycan və İndoneziya neft-qaz sektorunda hasilat və emal istiqamətləri, eləcə də bərpa olunan enerji sahəsi üzrə əməkdaşlıq edəcəklər.
Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan Energetika Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanla İndoneziyanın ikitərəfli əlaqələrinin inkişafında enerji sahəsində əməkdaşlığın rolundan bəhs edən energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2007-ci ildən etibarən İndoneziya istiqamətində xam neft təchizatını həyata keçirir. Bu müddət ərzində SOCAR tərəfindən İndoneziya istiqamətində ümumilikdə, 25 milyon tondan çox xam neft təchiz edilib ki, bunun da 24 milyon tonunu “Azeri Light” markalı neft təşkil edir: “Enerji sahəsində tərəfdaşlıq əlaqələrimizin hazırda genişlənmək potensialı var. Azərbaycanın elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını, təxminən, 1500 MVt artıraraq 30%-ə çatdırmaq hədəfi, xarici investorların cəlbi ilə əlaqədar görülən tədbirlər, xüsusilə də azad edilmiş ərazilərin “yaşıl enerji zonası” na çevrilməsi ilə bağlı planlar enerji əməkdaşlığının inkişafı üçün böyük imkanlar yaradır. Bu gün imzaladığımız bu sənəddə bərpa olunan enerji üzrə əməkdaşlıq istiqamətinin yer alması da enerji sahəsində işbirliyinin şaxələndirilməsini ehtiva edir. Fürsətdən istifadə edərək, İndoneziyanın dövlət və özəl sektorunun maraqlı tərəflərini, potensial investorları “yaşıl enerji” sahəsində əməkdaşlığa dəvət edirəm”.
İndoneziyanın energetika və mineral ehtiyatlar naziri Arifin Tasrif isə bidirib ki, bu sənədin imzalanması ilə İndoneziya və Azərbaycan arasında enerji əməkdaşlığının inkişafı yeni mərhələyə daxil olur: “Qlobal miqyasda iqtisadi tənəzzüllə müşayiət olunan pandemiya innovativ, qeyri-standart planlar və strategiyalarla çətinliklərin öhdəsindən gəlməyi təşviq edir. Həmçinin belə bir mürəkkəb vəziyyətdə enerji sahəsi də daxil olmaqla beynəlxalq əməkdaşlığın gücləndirilməsi də vacib amilə çevrilir. İnanıram ki, İndoneziya ilə Azərbaycan arasında enerji əməkdaşlığı daha yüksək səviyyədə inkişaf edərək, hər iki ölkəyə qarşılıqlı fayda gətirəcəkdir”.
Memoranduma əsasən, Azərbaycan və İndoneziya neft-qaz sektorunda hasilat və emal istiqamətləri, eləcə də bərpa olunan enerji sahəsi üzrə əməkdaşlıq edəcəklər. Sənəd, həmçinin elmi və texniki əməkdaşlıq üzrə birgə layihələrin, təlim və inkişaf proqramlarının həyata keçirilməsini, enerji sahəsinə investisiyaların təşviqini, birgə seminar, konfrans və enerji forumlarının keçirilməsi istiqamətlərini əhatə edir. Anlaşma Memorandumundan irəli gələn məsələlərin müzakirəsi və həyata keçirilməsi məqsədilə Birgə İşçi Qrupunun yaradılması da nəzərdə tutulur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 gün sonra
-
5 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
- 23 d. əvvəl
- 24 d. əvvəl
-
39 d. əvvəl
“Bütün vücudlar danışır” layihəsinin illik yekun tədbiri keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
BOKT “Embafinans”xalis mənfəətinin azalmasına aydınlıq gətirdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
9 ayda dövlət büdcəsindən 218,4 milyon manat geri qaytarılıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

BMW 2025-ci il ürə gəlir proqnozunu aşağı saldı

Oktyabrın 9-da gözlənilən hava şəraiti

BOKT “Embafinans”xalis mənfəətinin azalmasına aydınlıq gətirdi

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

2024-ün sonunda güzəşt müddəti bitir - Həyatın yaşam sığortasının artım tempində azalma müşahidə edilir
Ən çox oxunanlar

Gəncə Avtomobil Zavodu yerli istehsalın inkişafı istiqamətində vacib addım atıb - FOTO/VİDEO

"ABŞ-ın neft hasilatı rekord səviyyələrə çatacaq, yaxın aylarda qiymətlərə təzyiq yaradacaq"

Dəmiryol işçilərinə özəl - KOMİSSİYASIZ KREDİT

Naxçıvanda qarğıdalı yığımına başlanılıb - Yığımın ilk günlərində 1000 tondan artıq məhsul götürülüb

Azərbaycan neftinin son qiyməti

Qızılın qiyməti ilk dəfə 4 000 dolları keçdi

Rəsmi məzənnələr açıqlandı
