Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mənfəəti 73% azalıb
Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) 2020-ci ili 2 milyon 225 min manat mənfəətlə başa vurub.
Qurumun maliyyə hesabatına görə, bu, 2019-cu ilə nisbətən 72,9% azdır.
Ötən il AERA-nın ümumi gəlirləri 12 milyon 522 min manat (illik müqayisədə 6,4% çox), inzibati və əməliyyat xərcləri 10 milyon 11 min manat (42,8% çox), dəyərsizləşmə üzrə ehtiyat gəlirləri 1 milyon 686 min manat (67,3% çox), dəyərsizləşmə üzrə ehtiyat xərcləri isə 1 milyon 986 min manat (17,8% çox), digər gəlirləri 18 min manat (əvvəlki il olmayıb), məzənnə fərqindən gəlirləri 5 min manat (təxminən 43 dəfə çox), məzənnə fərqindən zərəri isə 10 min manat (təxminən 37 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə AREA-nın aktivləri 18 milyon 379 min manat olub ki, bu da illik müqayisədə 2,2 milyon manat yaxud 13,45% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri təxminən 4,4% azalaraq 993 min manata, balans kapitalı isə 14,7% artaraq 17,386 milyon manata çatıb.
Xatırladaq ki, AREA ölkə prezidentinin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 7 milyon 914 min manatdır.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















