ABŞ-ın ən iri tibbi xidmətlər şirkətindən inamlı göstərici - 69 milyard dollar
CVS təkcə tibbi sığorta paketlərindən 20 milyard dollardan artıq qazanıb.
ABŞ-ın ən iri tibbi xidmətlər, məhsullar və əczaçılıq şirkətlərindən biri, 2020-ci ilin yekunlarına əsasən Fortune 500 indeksində 500 ən gəlirli Amerikan şirkəti arasında 269 milyard dollarlıq gəlirlə dördüncü, tibbi xidmət şirkətləri arasında isə birinci olan CVS Health 2021-ci ilin birinci rübünün nəticələrini açıqlayıb.
Marja şirkətin rəsmi səhifəsinə istinadən xəbər verir ki, CVS gözləntiləri artıqlaması ilə doğruldub.
Nəticələr belədir:
Səhm başına gəlir - 2,04 dollar (proqnoz - 1,72 dollar)
Ümumi gəlirlər - 69,1 milyard dollar (ötən ilin müvafiq dövrünün göstəriciləri - 66,8 milyard dollar, artım - 3,5%)
Əməliyyat mənfəəti - 3,57 milyard dollar (ötən ilki göstərici - 3,45 milyard dollar artım - 3,4%)
Xalis mənfəət - 2,22 milyard dollar (ötən ilki göstərici - 2,01 milyard dollar)
o cümlədən:
Sığorta paketlərinin satışı və xidmətləri - 20,48 milyard dollar (ötən ilki göstərici - 19,19 milyard dollar)
Əczaçılıq və aptek xidmətləri - 36,32 milyard dollar (ötən ilki göstərici - 34,98 milyard dollar)
Klinik xidmətlər, peyvənd kampaniyası, sağlamlıq məhsullarının satışı - 23,27 milyard dollar (ötən ilki göstərici - 22,74 milyard dollar)
Şirkət pandemiya dövründə ən çevik və səmərəli fəaliyyət göstərən sahələrdən biri olaraq, 2020-ci ili 7,17 milyard dollar xalis mənfəətlə başa vurub. Cari il üzrə proqnozlarını da açıqlayan CVS səhm başına gəlirin 6,24-6,36 milyard dollar arasında olacağını, il ərzində sərbəst pul vəsaitlərinin 12-12,5 milyard dollar təşkil edəcəyini gözləyir. Ötən gün 3% (ümumilikdə ilin əvvəlindən 14%) artan şirkət səhmləri hazırda bazar dəyərini bir səhmə görə 77,69 dollar, yəni təxminən 102 milyard dollar səviyyəsində müəyyənləşdirib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 16 saat sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 12 d. əvvəl
- 16 d. əvvəl
-
19 d. əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
34 d. əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 45 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
