3 qlobal təşkilatdan neft qiyməti proqnozu
İran ilə yenidən nüvə razılaşması olacağı, ABŞ-ın tətbiq etdiyi sanksiyaların ləğv ediləcəyi və ölkənin neft hasilatının artacağı gözlənilir. Bu gözləntilər neft qiymətlərinə təsir edir. İran Prezidenti Həsən Ruhani ölkəsinə tətbiq olunan sanksiyaların ləğv olunacağını açıqlayıb. Ruhaninin açıqlamasının ardından neft qiymətləri düşmüşdü. Mövcud şərtləri qiymətləndirən qlobal investisiya bankları Goldman Sachs, Citigroup və Barclays neftlə əlaqədar yenilənmiş proqnozlarını açıqlayıblar. "Goldman Sachs", bu ilin dördüncü rübündə neftin qiymətinin 80 dollar/barelə çatacağını gözləyir.İndi neft bazarında diqqətlər 2015-ci ildə bağlanmış, ancaq əvvəlki ABŞ Prezidenti Donald Trampın qərarı ilə ABŞ-ın çıxdığı nüvə razılaşmasının yenidən bərpa edilib edilməyəcəyinə çevrilib. Məlumata görə, Vyanada keçirilən danışıqlarda sanksiyalar məsələsində ümumi çərçivədə razılaşma təmin edilib, diplomatlar son detalları müzakirə edirlər.
Marja xəbər verir ki, sanksiyaların və neft embarqosunun ləğv edilməsilə ən optimist ssenaridə İranın son aylardakı gündəlik 2.4 milyon barrel olan neft istehsalının gündəlik 4 milyon barrelə yüksələcəyi gözlənilir. Lakin bəzi təşkilatlar neft istehsalındakı artımın uzun müddətdə reallaşacağını düşünür və buna görə qiymətlərə təsirinin məhdud olacağına inanır.
Dünyada peyvəndləmənin sürətlənməsilə neftə tələb artır. Eyni zamanda, OPEC+ üzvləri arasında hasilat məhdudiyyətlərinin davamlılığı barədə ciddi fikir ayrılığı yoxdur. Bəs belə bir şərtlərdə İranın da yenidən bazara daxil olması haqqında təşkilatlar nə düşünür?
"Goldman Sach"a görə, İranın yayın sonuna qədər oyuna geri dönəcəyi ehtimalı artıq neft qiymətlərində əks edilib. Eyni zamanda, peyvəndləmənin genişlənməsilə neftə tələb yaxşılaşır. Ölkələrin iqtisadiyyatlarında və səyahətlərdə yaxşılaşma gözlənilir. Bu səbəbdən neft qiymətlərindəki yüksəliş davam edəcək. Hər nə qədər İyul ayında İran aqresiv bir şəkildə bazara daxil olsa da, "Goldman Sach" 2021-ci ilin 4-cü rübündə Brent neftinin qiymətinin 80 dollara yüksələcəyini təxmin edir.
"Citigroup" isə əsas ssenarisində İranın iyul-avqust aylarında istehsalını gündəlik 500 min barrel artıracağını gözləyir. Təşkilat İranın hasilatını ilin son rübündə daha 100 min barrel, 2022-ci ildə isə daha gündəlik 700 min barel artıracağını təxmin edir.
"Barclays" İran ilə razılaşmanın ilin ikinci yarısında neft qiymətlərinə təzyiq yaradacağını gözləyir. Təşkilat, 2021-ci il üzrə orta qiymət proqnozlarını Brent nefti üçün 66 dollar, ABŞ xam nefti üçün isə 62 dollar olaraq qoruyur.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
5 d. əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
24 d. əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 42 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
1 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Bir" ekosistemində yeni təyinatlar
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"























