“İqtisadi inkişafda sahibkarlığın rolu” mövzusunda görüş keçirilib
Mayın 26-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sahibkarlarla görüşü keçirilib. “İqtisadi inkişafda sahibkarlığın rolu” mövzusunda keçirilən görüşə 100-dək sahibkar qoşulub və ölkəmizdəki mövcud biznes mühiti müzakirə edilib, onları narahat edən məsələlər dinlənilib.
Görüşü dövlət-özəl dialoqunun nümunəsi kimi qiymətləndirən Vüsal Qasımlı bildirib ki, artıq Azərbaycanda COVİD-19 pandemiyasının təsiri ilə yaranmış iqtisadi resesiya dayanıb, ilin ortasından iqtisadi artım bərpa olunacaq: “Bu ilin ilk 4 ayında qeyri-neft sənayesi 16,5 faiz, kənd təsərrüfatı 2,3 faiz, pərakəndə ticarət 0,1 faiz və informasiya və rabitə xidmətləri 3,8 faiz artım göstərib. Bundan sonrakı müddətdə turizm, nəqliyyat, ictimai iaşə, tikinti və s. sahələrdə də iqtisadi artımın bərpa edilməsi üçün fəaliyyətlər göstərilir. Azərbaycanda fiskal və monetar siyasət, biznes mühitinin təkmilləşdirilməsi, xarici bazarlara çıxış, insan kapitalının inkişafı, korporativ idarəetmə, maliyyəyə çıxış, dövlət satınalmaları, vergi-gömrük inzibatçılığının sadələşdirilməsi istiqamətində aparılan işlər iqtisadi artımı sürətləndirməyə hesablanıb. Qarabağın işğaldan azad edilməsi və regional kommunikasiyaların açılması perspektivi iqtisadi inkişafımız üçün əlavə imkanlar yaradıb. Dövlət-özəl dialoqu davamlı şəkildə iqtisadiyyatın əsas çağırışlarının müəyyən edilməsi və problemlərin həll edilməsində əməkdaşlıq üçün əhəmiyyət kəsb edir. Sahibkarların təşkilatlanması, yeni biznes modelin və biznes mədəniyyətin formalaşması, rəqəmsal həllərin və yaşıl inkişaf prinsiplərinin tətbiqi iqtisadi inkişafda mühüm rol oynayır”.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyilə yaradılmış əlverişli biznes mühit sahibkarlığın sürətli inkişafı üçün zəmindir: “Xüsusən də Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra qalib ölkənin sahibkarı kimi iqtisadi inkişafda iştirak etmək qürurvericidir”. M.Musayev sahibkarların təşkilatlanması, regionların inkişafında maliyyə əlçatanlığının yüksəldilməsi, maliyyə institutlarının rəqabət qabiliyyətinin artırılması, maliyyə alətlərinin genişləndirilməsi, idxaldakı bəzi məhsulların yerli istehsalla əvəzlənməsi imkanlarına toxunub. Dövlət-özəl dialoqu üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının mövcud platformalarından istifadə imkanları barədə məlumat verən M.Musayev biznes təşkilatlarının inkişafının ümumi iqtisadi tərəqqiyə verdiyi töhfələri qeyd edib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının Hüquq və Sosial Tərəfdaşlıq şöbəsinin müdiri Xəqan Hümmətzadə güclü regional və biznes assosiasiyalara ehtiyac olduğunu və dövlət-özəl əməkdaşlığında ikitərəfli platformaların daha konstruktiv işlədiyini vurğulayıb.
X.Hümmətzadə Konfederasiyaya daxil olan məktublarda “Vergi Məcəlləsi”, gömrük prosedurları, xüsusən də ƏDV-nin diferensiallaşması, istehsal yönümlü müəssisələrdə məhsulun maya dəyəri ilə bağlı mövzuların öndə olduğunu bildirib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov ikitərəfli əməkdaşlıq platformalarının fəaliyyəti barədə məlumat verib. Dövlət Gömrük Komitəsi ilə ASK arasında Əməkdaşlıq Şurasında müzakirəyə çıxarılan məsələlər, bu yaxınlarda keçirilən monitorinqin nəticələri barədə iştirakçılara məlumat verib. “Monitorinqdə iştirak edən 214 respondentdən 93%-i idxalla məşğul olub. Bu isə onu göstərir ki, idxal əməliyyatları hələ də yüksəkdir. Təbii ki, hazır məhsulun ticarətini etmək daha asandır. Ona görə də istehsalla məşğul olan şirkətlərə dəstək verilməlidir”, -deyə V.Abbasov bildirib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının Turizm və Xidmət üzrə İş Komissiyasının sədri Ruslan Quliyev turizm, ASK-nın vitse-prezidenti Jalə Hacıyeva “Sahibkarlıq subyektlərinin maliyyə əlçatanlığı”, ASK-nın İnnovasiyalar və Rəqəmsal Texnologiyalar Komissiyasının sədri Elçin Əliyev “İnnovasiyaların inkişafında Azərbaycan biznesinin rolu” mövzularında çıxışlar ediblər.
Sonra ASK-nın vitse-prezidenti Vüqar Zeynalovun moderatorluğu ilə müzakirələr və sual-cavab sessiyası keçirilib. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev, Neon şirkətinin direktoru Arif Həsənov, “TİTAN Qrup” şirkətinin nümayəndəsi Telman Abbasov, Azərbaycan Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlu, “TUNA” MMC-nin direktoru Rəşid Çulaqov, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev çıxış edərək, ölkəmizdəki əlverişli biznes mühit, sahibkarlığın iqtisadi inkişafa töhfələri, islam bankçılığı, rəqabət mexanizmi, KOB-un inkişafı, vergi-gömrük qanunvericiliyi, biznesə dövlət dəstəyi, beynəlxalq əlaqələrin qurulması, sənaye parklarının fəaliyyəti, dövlət-özəl partnyorluğu, regionlarda biznesin inkişafı məsələləri üzrə təkliflərini səsləndiriblər.
Yekunda qərara alınıb ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Sahibkarlar Konfederasiyası bu görüşləri konkret məsələlərin müzakirəsi və müvafiq təkliflərin hazırlanması üçün gələcəkdə də təşkil etsin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 14 d. əvvəl
- 17 d. əvvəl
- 19 d. əvvəl
-
6 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 6 saat əvvəl
-
7 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
7 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)










.jpg)








