Azərbaycanda neft hasilatı 10 faizə yaxın azalıb

2017-ci ilin yanvar-aprel aylarında ölkə sənayesində 12,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,0 faiz az sənaye məhsulu istehsal edilmişdir. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,8 faiz artmış, neft sektorunda isə 7,5 faiz azalmışdır.
Sənaye məhsulunun 70,5 faizi mədənçıxarma sektorunda, 23,8 faizi emal sektorunda, 5,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda neft hasilatı 9,5 faiz, əmtəəlik qaz hasilatı isə 0,2 faiz azalmışdır.
SƏRFƏLİ QİYMƏTƏ UZUNÖMÜRLÜ KONDİSİONER AL!
Emal sektorunda qida məhsullarının istehsalı 3,7 faiz, içkilərin istehsalı 39,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,2 dəfə, geyim istehsalı 73,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 88,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 11,7 faiz, əczaçılıq məhsullarının istehsalı 2,3 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 60,6 faiz, tikinti materiallarının istehsalı 44,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 2,4 faiz, kompüter və elektron məhsulların istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,4 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 32,5 faiz, mebel istehsalı 47,9 faiz artmış, tütün məmulatlarının istehsalı 49,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 60,4 faiz, kağız və karton istehsalı 2,8 faiz, poliqrafiya məhsullarının istehsalı 60,7 faiz, hazır metal məmulatlarının istehsalı 29,5 faiz, maşın və avadanlıqların istehsalı 1,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 59,9 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,2 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
4 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
5 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
5 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 5 saat əvvəl
-
5 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
6 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 6 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
