Qlobal daşınmaz əmlak qiymətlərinin artımında Türkiyə liderdir
Daşınmaz əmlak üzrə məsləhət xidmətləri göstərən "Knight Frank" şirkəti tərəfindən hazırlanan qlobal daşınmaz əmlak qiymətləri indeksi Mart ayının sonu etibarı ilə 12 aylıq müddətdə 7,3% artıb.
Marja xəbər verir ki, qlobal daşınmaz əmlak qiymətlərindəki bu artım 2006-cı ilin son rübündən bu yana (son 15 ildə) ən yüksək səviyyə olaraq qeydə alınıb. Bu vəziyyət 2008-ci qlobal maliyyə böhranının səbəblərindən biri olan olan daşınmaz əmlak sektorundakı "istiləşməni" yada salıb.
Daşınmaz əmlak qiymətləri ən çox Türkiyədə artıb. Bu dövrdə Türkiyədə daşınmaz əmlak qiymətləri 32% yüskəlib. Türkiyəni ardınca 22,1% artımla Yeni Zelandiya, 16,6% artımla Lüksemburq gəlir.
ABŞ-da daşınmaz əmlak qiymətləri eyni dövrdə 13,2% artaraq 2005-ci ildən bu yana ən sürətli artım olaraq qeydə alınıb.
Asiyada ən böyük qiymət artımı 6,1% ilə Sinqapurda baş verib. Ən bahalı daşınmaz əmlak bazarı Honq Konqda 2,1% qiymət artımı görülüb.
Pandemiyanın yaratdığı səhiyyə böhranına qarşı iqtisadiyyatların pul və maliyyə təşviqlərilə dəstəklənməsi dünya səviyyəsində daşınmaz əmlak "partlayışına" gətirib çıxarıb. "Köpük" narahatlıqları artarkən, bəzi ölkələr daşınmaz əmlak bazarlarını "soyutmaq" üçün addımlar atır.
"Knight Frank" hesabatında bir çox ölkədə ilin sonunda təşviqlərin bitməsilə alıcıların alışlarının azala biləcəyini, bunun da qiymətlərə aşağı istiqamətli təzyiq edə biləcəyini də qeyd edib.
"Knight Frank" indeksi 56 ölkə və bölgənin qiymətləri ilə əldə edilir.
Qeyd edək ki, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) tərəfindən yayımlanan daşınmaz əmlak qiymətləri indeksinə görə, Martda illik artım 31,98% olub. Beləliklə, 2011-ci ildən bu yana açıqlanan indeksdə ən yüksək illik artım qeydə alınıb. Martda indeks 2,35% artıb. Daşınmaz əmlak qiymətlərində illik müqayisədə ən yüksək artım İzmirdə olub (33,9%). Daşınmaz əmlak qiymətləri Ankarada 30,3%, İstanbulda isə 28,9% artıb. Türkiyədə daşınmaz əmlakın 1 kvadrat metrinin orta qiyməti 4150,5 türk lirəsidir. Bu rəqəm İstanbulda 6447,2 türk lirəsi, İzmirdə 5026,2 türk lirəsi və Ankarada 3084,5 türk lirəsidir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
4 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
5 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"























