“City Finance” BOKT-un xalis mənfəəti 75% artıb
“City Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 417 min manat xalis mənfəətlə başa vurub.
BOKT-un maliyyə hesabatına görə, bu, 2019-cu illə müqayisədə 75,2% çoxdur.
Ötən il “City Finance”ın vergiyəqədərki mənfəəti 529 min manat (77,5% çox), mənfəət vergisi ödəmələri isə 112 min manat (86,7% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “City Finance”ın aktivləri 7 milyon 766 min manat olub ki, bu da illik müqayisədə 44,5% çoxcdur. Bunun 7 milyon 348 min manatına müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 44,1% böyüyüb.
Hesabat dövründə “City Finance”ın öhdəlikləri 46,1% artaraq 2 milyon 292 min manata, balans kapitalı isə 43,8% arataraq 5 milyon 474 min manata, o cümlədən nizamnamə kapitalı 33,3% artaraq 5 milyon manata çatıb.
Xatırladaq ki, “City Finance” 2013-cü ildə yaradılıb. BOKT-un yeganə təsisçisi “AQA Şirkətlər Qrupu" MMC-dir.
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 17 saat əvvəl
-
- 17 saat əvvəl
-
17 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
20 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























