Qlobal video-oyun sənayesində ən son yeniliklər
Yeni oyunlar gəlir - Avatar, Starfield, Mario...Qlobal video-oyun sənayesində ən mühüm şou tədbirlərindən biri, hər il keçirilən E3 (Electronic Entertainment Expo) sərgisi bu il də maraqlı məqamlar və yeni buraxılan oyunlarla yadda qalıb.
Marja xəbər verir ki, 12-15 iyun tarixlərində keçirilən və pandemiyaya görə virtual formatda təşkil olunan tədbirdə Microsoft, Nintendo, Square Enix, Ubisoft və digər qlobal proqramçılar ən son yenilikləri və tezliklə oyun həvəskarlarının ixtiyarına veriləcək yeni oyunları təqdim ediblər.
Microsoft ötən il 7,5 milyard dollara satın aldığı ZenixMax Media-nın törəməsi, oyun proqramçısı Bethesda ilə birlikdə çoxdan gözlənilən elmi-fantstik oyunu Starfield-i təqdim edib.
Oyunun 11 noyabr 2022-ci ildə, eksklüziv olaraq Microsoftun Xbox tətbiqetməsi və oyun konsolları vasitəsilə istifadəyə verilməsi planlaşdırılır.
Daha bir maraqlı döyüş oyunu olan Halo seriyasının ən son variantı - Halo Infinite bu il tezliklə istifadəyə veriləcək.
2012-ci ildən avtomobil yarış oyunlarının həvəskarları üçün ilk dəfə istifadəyə verilən Forza Horizonun sonuncu - beşinci seriyası da maraqla qarşılanıb. Oyunsevərlər noyabrın 9-dan etbarən bu oyundan zövq ala biləcəklər.
Sea of Thieves: A Pirate’s Life məşhur “Karib dənizinin quldurları” film seriyasından ilhamlanaraq, Disneylə birlikdə hazırlanan və ilk dəfə 2018-ci ildə istifadəyə verilmiş Sea of Thieves-in genişləndirilmiş variantıdır. İyunun 22-dən etibarən kapitan Cek Sparrou-nun azarkeşləri bu oyunda da öz məharətlərini sınaya biləcəklər.
Fransız oyun proqramçısı Ubisoft da izləyiciləri yaxşı mənada xeyli təəccübləndirib. Ceyms Kameronun 2009-cu ildə çəkdiyi “Avatar” filminin süjeti əsasında “Avatar: Frontiers of Pandora” adlı yüksək rəng effektlərinə malik oyun 2022-ci ildə oyunsevərlərin istifadəsinə veriləcək.
Digər qlobal oyun proqramçısı Nintendo-nun məşhur “Mario” personajı və Ubisoft-un “Raving Rabbids” məzəli dovşan obrazının tandemi nəticəsində ərsəyə gətirilən “Mario + Rabbids Sparks of Hope” adlı yeni oyun xüsusilə uşaqların sevimlisinə çevriləcək. Gələn ildən oyun Nintendo Switch oyun konsolları vasitəsilə geniş oyunçu kütləsinin istifadəsinə veriləcək.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
26 d. əvvəl
Tramp Qrenlandiya ilə bağlı tarifələrin tətbiq edilməyəcəyini açıqladı, qızılın qiyməti düşdü
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
6 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"


















