"Trendyol" 2 milyard dollar sərmayə cəlb edir
Türkiyənin elektron-ticarət şirkəti "Trendyol" 2 milyard dollarlıq sərmayə üçün danışıqlar aparır.Çinin "Alibaba" şirkətinin hakim ortaq olduğu e-ticarət şirkəti "Trendyol" 2 milyard dollarlıq sərmayə axtarışındadır.
"Marja" "Reuters"ə istinadən xəbər verir ki, şirkətin sərmayə danışıqlarında "Softbank" və "General Atlantic" iştirak edir. "Reuters"ə danışan mənbəyə görə, maliyyələşmənin iyun ayında tamamlanması gözlənilir. "Trendyol"un 2023-cü ildə səhmlərinin ilkin kütləvi təklifi (İPO) nəzərdə tutulur.
Aprel ayında da şirkətin 1 milyard dollarlıq sərmayə turuna çıxdığı bildirilmişdi.
Sonuncu dəfə "Alibaba" şirkətə 350 milyon dollar sərmayə yatırıb, şirkətin dəyəri də 11 milyard dollara yüksəlib.
2018-ci ildə 728 milyon dollarlıq sərmayə ilə "Trendyol"un təxminən 75%-ini alan "Alibaba Group", 2018 və 2020-ci illərdə əlavə sərmayələrinin ardından 24 Mart 2021-ci il tarixində yatırdığı son sərmayə ilə şirkətdəki payını 86,5%-ə qədər çatdırmışdır.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
25 d. əvvəl
Tramp Qrenlandiya ilə bağlı tarifələrin tətbiq edilməyəcəyini açıqladı, qızılın qiyməti düşdü
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
6 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"



















