Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakıda Çinə yüklərin daha operativ aşırılması üçün intermodal terminal tikiləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda Çinə yüklərin daha operativ aşırılması üçün intermodal terminal tikiləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Niderland Krallığının Azərbaycandakı səfiri Pauline Eizema ilə görüşüb.

QSC-dən bildirilib ki, görüşdə bu ilin martın 5-də Bakı Limanı ilə Niderlandın Fontis Tətbiqi Elmlər Universiteti, Qilde İnstitutu və regionun aparıcı logistika şirkəti “Cabooter Group” arasında anlaşma memorandumu imzalandığı vurğulanıb.

Memoranduma əsasən, Bakı Limanının əməkdaşları, Azərbaycanın logistika sahəsində fəaliyyət göstərən şirkət nümayəndələri və ya ümumiyyətlə nəqliyyat, ticarət və logistika sahəsində çalışmaq istəyən şəxslər Niderlanda 4 aylıq təlim-tədris proqramına cəlb ediləcəklər.

Eyni zamanda, 2019-cu il noyabrın 26-da Bakı Limanı ilə Niderlandın “Cabooter Group” şirkətləri arasında Orta Dəhliz vasitəsilə Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının gücləndirilməsi və genişləndirilməsi məqsədilə saziş imzalanıb və gələcəkdə bu sahədə də əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

T.Ziyadov vurğulayıb: “Bakı Limanında Avropadan Çinə daşınan yüklərin daha operativ qaydada aşırılmasını təmin etmək məqsədilə intermodal terminalının tikintisi nəzərdə tutulur ki, bu sahədə də Niderlandda fəaliyyət göstərən şirkətlərlə geniş əməkdaşlıq xoş olardı”.

Cabooter Group
19.06.2021 10:11
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18