Qlobal iqtisadiyyatda "Pandexit" təşvişi
Peyvəndləmənin artması ilə iqtisadiyyatlarda sürətli bir canlanma yaşanır. BIS-ni Baş direktour Carstens isə, pandemiyadan çıxış üçün qeyri-müəyyənliyin davam etdiyini söyləyib.Beynəlxalq Hesablaşmalar Bankının (BIS) Direktoru Agustin Carstens, qurumun illik iqtisadi hesabat iclasında dünyanın epidemiyanın yaratdığı iqtisadi tənəzzüldən gözləniləndən daha sürətli bərpa olunduğunu, ancaq epidemiyadan çıxış üçün qeyri-müəyyənliyin qaldığını söyləyib.
Marja xəbər verir ki, əsas problemlərdən birinin inflyasiyanın qalıcı olub-olmaması olduğunu qeyd edən Carstens, BIS olaraq inflyasiyanın müvəqqəti olacağını düşündüklərini bildirib.
Carstens, "Əmtəə və ərzaq qiymətlərindəki artıma əlavə olaraq, son qiymət artımları da əsasən təchizat və təklif problemləri ilə əlaqədardır", - deyib.
İnkişaf etməkdə olan ölkələrin artan inflyasiya ilə pul siyasətində düzəlişlər etməsi lazım ola biləcəyini qeyd edən Carstens, bunu etməyən ölkələrin kapital axını və ya məzənnənin ucuzlaşması riski ilə qarşılaşa biləcəyini söyləyib.
İnkişaf etməkdə olan ölkələrin valyutalarına təzyiqin ABŞ dollarının möhkəmlənməsi ilə arta biləcəyini deyən Carstens, ölkələrin kredit reytinqlərinin düşə biləcəyini vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)






.jpg)










