"Xan"ın satışdan gəlirləri və xalis mənfəəti azalıb
Məşhur "Xan" araqlarının və böyük spirt istehsalçısı "Göygöl Şərab Zavodu" ASC 2020-ci ili 1 milyon 427 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu illə müqayisədə 2020-ci ildə ASC-nin xalis mənfəəti 10,4% azalıb. "Göygöl Şərab Zavodu" 2019-cu ili 1 milyon 593 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə şirkətin əsas əməliyyat gəlirləri (satış) 21 milyon 635 min manat ikən, 2020-ci ildə 20 milyon 832 min manata geriləyib. "Göygöl Şərab Zavodu"nun icarə gəlirləri dəyişməz qalaraq 1 milyon 200 min manat təşkil edib.
"Göygöl Şərab Zavodu" ASC-nin satışdan gəlirləri 2017-ci ildə 3 milyon 905 min manat, 2018-ci ildə isə 10 milyon 236 min manat təşkil etmişdi. Son 4 ildə zavodun satışdan gəlirləri 5 dəfədən çox artıb.
Qeyd edək ki, “Göygöl Şərab Zavodu” ASC 2017-ci ili 5 milyon 16 min manat, 2018-ci ili isə 6 milyon 479 min manat xalis zərər ilə başa vurmuşdu.
“Göygöl Şərab Zavodu” ASC Azərbaycanın qocaman şərab, konyak, şampan, araq və alkoqolsuz içkilər istehsal edən müəssisəsidir. “Göygöl Şərab Zavodu” məhsullarını "Xan" ticarət nişanı ilə istehsal edir. Həmçinin, “Göygöl Şәrab Zavodu” Azərbaycanın iri spirt zavodudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























