Karantin rejimi Bakı metrosunu ağır vurub - BÖYÜK GƏLİRLƏR İTİRİB
Ötən il karantin rejimi ilə əlaqədar uzun müddət fəaliyyət göstərməmiş "Bakı Metropoliteni" bu səbəbdən böyük gəlirlər itirib.
Marja qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə sərnişinlərin daşınmasından əldə edilən gəlir 68 milyon 917 min manat ikən, 2020-ci ildə 3,2 dəfə az - 21 milyon 623 min manat təşkil edib.
Bir sıra xərclər sabit olduğundan "Bakı Metropoliteni"nin xalis zərəri artıb. 2019-cu ildə 55 milyon 87 min manat təşkil etmiş xalis zərər 2020-ci ildə 83 milyon 542 min manata yüksəlib.
"Bakı Metropoliteni" sərnişindaşıma fəaliyyətindən əlavə gəlirlər də (reklam yayımından gəlirlər, ticarət obyektlərinə xidmətdən gəlirlər və s.) əldə edir. 2019-cu illə müqayisədə 2020-ci ildə "sair gəlirlər" 2 milyon 173 min manat azalaraq 3 milyon 534 min manata düşüb. O cümlədən reklam yayımından gəlirlər 1 milyon 28 min manat təşkil edib. Bu gəlir 2019-cu ildə 2 milyon 565 min manat idi.
Ötən il Bakı metrosu dövlət büdcəsindən daha çox yardım alıb. 2019-cu illə müqayisədə 2020-ci ildə büdcədən subsidiya 37% artaraq 67 miylon 679 min manat təşkil edib. 2019-cu ildə büdcədən subsidiya 49 milyon 400 min manat olmuşdu.
Gəlirlər, manatla | 2019-cu il | 2020-ci il |
1. Sərnişindaşımadan gəlirlər | 68 917 361 | 21 623 073 |
2. Büdcədən subsidiya | 49 400 000 | 67 679 000 |
3. Cəmi sair gəlirlər, o cümlədən | 5 706 718 | 3 534 216 |
- Reklam yayımından gəlir | 2 565 186,76 | 1 028 356,80 |
- Metropolitenin tunellərində yerləşdirilmiş kənar təşkilatların kabellərinə xidmət göstərilməsindən gəlir | 602 733,21 | 582 495,18 |
-Bankomatlar və POS terminallarına xidmət göstərilməsindən gəlir | 805 384,45 | 359 786,92 |
- Ticarət obyektlərinə xidmət göstərilməsindən gəlir | 210 432,13 | 88 973,96 |
- Metal qırıntılarının kənar təşkilatlara satışından gəlir | 377 984,12 | 351 584,76 |
- Xarici valyuta əməliyyatlarında məzənnə fərqindən yaranan gəlir | 122 446,13 | 142 442,68 |
- Digər gəlirlər | 1 022 551,53 | 980 576,33 |
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub



























